Jurnalisti hədələyən şəxs saxlanılıb

img

29-05-2014 [13:53]


Xəbər verdiyimiz kimi dünən Avropa.info xəbər saytının direktoru Ruslan Bəşirlini təhdid edən özünü "Hizbullah qalibun" adlandıran Xaçmaz rayon sakini Namiq Həşimzadə polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı Avropa.info-ya açıqlama verən daxili işlər nazirliyinin mətbaut katibliyinin şöbə rəisi Orxan Mansurzadə məsələnin araşdırıldığını bildirib: "Ruslan Bəşirlini təhdid edən şəxs saxlanılıb, hazırda onun dindirilməsi və hadisənin səbəbi araşdırılır. Apardığımız araşdırmadan sonra baş vermiş hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Avropa.info-nun direktoru Ruslan Bəşirli mayın 15-də saytın yazdığı "Hizbullah Azərbaycanda təşkilatlanır-Hizbullah qalibun" yazısından sonra Namiq Həşimzadə və onun tərəfdarları tərəfindən təhqirlərə, hədələrə məruz qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA