"Fənərbağça" kolumbiyalı hücumçu ilə anlaşdı

img

30-08-2023 [11:36]


“Fənərbağça” İngiltərə Premyer Liqasında çıxış edən “Nottingem Forest” komandasına transfer olunan Mişi Batşuayinin yerinə yeni oyunçu ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Fənərbağça” “Reyncers”lə müqaviləsi başa çatan 27 yaşlı Alfredo Morelosla anlaşma əldə edib.

Məlumata görə, kolumbiyalı hücumçu bu gün İstanbula gələrək, müayinədən keçəcək: "Böyük ehtimala yaxın iki gün içində tərəflər arasında müqavilə imzalanacaq".

Xatırladaq ki, Kolumbiyalı hücumçu "Reyncers"də "Fənərbağça"nın yeni transferi Rayan Kentlə birgə oynayıb.

2017-2023-cü illər arasında o, 269 oyunda 124 qol vurub, 58 məhsuldar ötürmə edib.

Onu da qeyd edək ki, Mişi Batşuayi dünən 6.5 milyon avroya “Nottingem Forest”ə satılıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR