Zakir Həsənov general Metin Gürakla bir araya gəldi: nələr müzakirə edilib?
SİYASƏT
28.08.2023, 17:25
Avqustun 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qonaqları salamlayan müdafiə naziri ordu generalı M.Gürakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
General-polkovnik Z.Həsənov “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı xəbərdən kədərləndiyini qeyd edərək Türkiyə tərəfinə başsağlığı verib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun
Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən uğurlu işlərdən danışıb və göstərilən dəstəyə görə qardaş ölkəyə təşəkkürünü bildirib.
Bu gün Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlərin görüldüyü qeyd edilib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu vardır.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Gürak Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daima yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı hərbi əməkdaşlığımızın birliyimizi daha da gücləndirdiyini və gələcəkdə yeni imkanlar açdığını qeyd edib.
Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin tarix boyu mövcudluğu qeyd olunub və bundan sonra da daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Süni intellektin "rolu" və ya ya ajiotaj yaradan görüntünün iziylə... - FOTOLAR
Bugün, 00:30 DÜNYA
-
RUSİYA NATO ÖLKƏSİNİ MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ: "Bu. açıq müharibə çağırışıdır və biz mili maraqlarımızı qoruyacağıq" - GƏRGİNLİK PİK HƏDDƏ ÇATDI
Bugün, 00:17 GÜNDƏM
-
NATO təhlükələri sadaladı: "Türkiyə həm cənub cinahında, həm də Asiya ilə münasibətlərdə mühüm rol oynayır" - "Lakin sizə burada hər şeyi aça, deyə bilmərəm"
Bugün, 00:07 GÜNDƏM
-
UEFA türk hakimlərə vəzifə verdi
Bugün, 00:04 İDMAN
-
9 dəqiqəyə 4 qol atdılar...
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTOLAR
23.11.2026, 22:18 MƏDƏNİYYƏT
-
Rafael Leaonun yaşıl meydana dönüşü azı iki ay çəkəcək
23.11.2026, 21:56 İDMAN
-
İran XİN başçısı: "ABŞ və İsrail qeyd-şərtsiz təslim tələbindən qeyd-şərtsiz danışıqlara keçib"
23.11.2026, 20:17 DÜNYA
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri təyin olunub
23.11.2026, 19:17 CƏMİYYƏT
-
Okan Burukun oğlu "başına iş açdı": atasını müdafiə etmək istədi, lakin... - "Siz niyə həbsdə deyilsiz?"
23.11.2026, 18:27 İDMAN
-
Bir vaxtlar nəhəng klublar ondan danışırdı, indi isə... - Türk futbolçu 29 yaşında klubsuz qaldı
23.11.2026, 18:14 İDMAN
-
UEFA “Sabah”ın futbolçusunu cəzalandırdı
23.11.2026, 18:06 İDMAN
-
Co Bayden və xanımı hava limanında: yeriməkdə çətinlik çəkir- FOTOLAR
23.11.2026, 17:47 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO (Yenilənib)
23.11.2026, 17:42 CƏMİYYƏT
-
Deputatın adından saxta “WhatsApp” hesabı açıldı
23.11.2026, 17:29 SİYASƏT
-
Prokurorluğa qulluğa qəbul: yazılı imtahan keçirilib
23.11.2026, 17:16 CƏMİYYƏT
-
Ermənistanın yeni Konstitusiya layihəsi: sənəd niyə rezonas doğurur? - TƏHLİL
23.11.2026, 17:12 SİYASƏT
-
Bakı və rayonlarda sabah külək güclənəcək - Xəbərdarlıq
23.11.2026, 17:06 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.11.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycan və İtaliya XİN başçıları görüşdü, yen mesajlar verildi - FOTOLAR (Yenilənib)
23.11.2026, 16:49 SİYASƏT
-
PKK İraqda daha 14 sığınacağı boşaldıb - FOTOLAR
23.11.2026, 16:41 DÜNYA
-
Almaniyada şok olay: 450 məktəbə eyni anda bomba təhdidləri göndərilib
23.11.2026, 16:35 DÜNYA
-
İstanbulda tramvay və avtobus toqquşub
23.11.2026, 16:32 KRİMİNAL
-
Mərkəzi Bankın səlahiyyəti genişləndirilib
23.11.2026, 16:24 İQTİSADİYYAT
-
Şirvan sakini kanalizasiya quyusuna düşərək ölüb
23.11.2026, 16:16 CƏMİYYƏT
-
ƏLİYEV, TRAMP və PAŞİNYANDAN BİRGƏ VİDEOMESAJ: "Tramp Marşrutu" layihəsinin icrası rəsmən başlayıb (Yenilənib)
23.11.2026, 16:10 GÜNDƏM
-
YENİ KOMİSSİYA YARADILDI
23.11.2026, 15:58 GÜNDƏM
-
COP31-in Antalyada diplomatik böhran: Antalya Paktı niyə qəbul edilmədi? -TƏHLİL
23.11.2026, 15:43 DÜNYA
-
İcarəyə götürdüyü maşının ehtiyat hissələrini satan şəxs saxlanılıb
23.11.2026, 15:39 KRİMİNAL
-
Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
23.11.2026, 15:31 GÜNDƏM
-
"Qalatasaray" "Aston Villa" ilə oyuna ciddi itkiyə çıxacaq
23.11.2026, 15:21 İDMAN
-
Aparıcı ilə qəzada ölən şəxs məşhur iş adamının oğludur? - Yayılan xəbərə reaksiya
23.11.2026, 15:14 KRİMİNAL
-
Ceyhun Bayramovdan Paşinyan yeni Konstitusiyası ilə bağlı paylaşımına reaksiya: "Hər hansı şərh vermək istəməzdim"
23.11.2026, 15:07 SİYASƏT