Arda Turan Avropaya hazırlaşır: "Heç kim "Manisa"dan "Barselona"ya gedəcəyimi də düşünmürdü"

img

28-08-2023 [09:16]


Arda Turanın baş məşqçiis olduğu "Eyüpspor"un 1-ci Liqada ard-arda qələbələri sosial mediada müzakirələrə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son turda "Tuzlaspor"u 5:0 hesabı ilə məğlub edən "Eyüpspor"un qələbəsindən sonra  sosial mediada Arda Turanın yaxın illərdə Avropa liqalarında baş məşqçi olacağına inanların sayı xeyli artıb.

Məlumata görə, "Tuzla" qələbəsindən sonra sosial mediada izləyicilərindən biri "Ardanın bu komandadan "Atletiko Madrid"ə yüksələcəyini düşünən varmı?" sualını verib.

Gözlənilmədən onun bu sualına Arda Turanın özü cavab verib: "Heç kim "Manisa"dan "Barselona"ya gedəcəyimi də düşünmürdü, mən belə şeylərə öyrəşmişəm".

Xatrladaq ki, "Eyüpspor" liqada 3 oyunda qalib gələrək 9 xalla lider kürsüsünə oturub. Komanda rəqib qapılarına 8 qol vurub, öz qapısını isə toxunulmaz saxlayıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR