Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
23.08.2023, 00:02
Qoç - uğura bel bağlamaq olar. Bu gün ağır problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İzafi, ifrat səylərə ehtiyac yoxdur. İşgüzar danışıqlar üçün əlverişli zamandır. İndiyədək əməkdaşlıq etmədiyiniz insanlarla təmasda olmaq zərurəti yaranır.
Günün ikinci yarısında şəxsi münasibətlərinizi və problemlərinizi kimsə ilə müzakirə etməyin. Yaxınlarınızla münasibətlərlə bağlı istənilən qərarı müstəqil qəbul edin. Dürüst olun, sonradan sizdə təəssüf hissi yarada biləcək addımlar atmayın.
Buğa - gün problemlər və nöqsanlardan xali olmasa da, pis deyil. Qarşınıza qoyduğunuz məqsədlərə sürətlə çatmaq mümkün deyil. Ruhdan düşməyin. Peşəkar fəaliyyət sahəsində yeniliklər etmək olar. Adi, rutin məsələlərin həllində yeni yollar və metodlar arayın.
Günün ikinci yarısında müttəfiqlər, tərəfdaşlarla fikir ayrılıqları yarana bilər. Güzəştlərə meylli olun, anlaşılmazlığı aradan qaldırın.
Səhhətinizin qeydinə qalın. Profilaktiki prosedurları unutmayın. Onlar effektiv olmalıdır. İmicdə dəyişikliklər etmək olar.
Əkizlər - istənilən yenilik və novasiya ehtiyatlı davranış tələb edir. Sərvaxt, punktual olun. Detallara fikir versəniz, bir sıra çətinliklərdən qurtula bilərsiniz. Təcrübəli insandan məsləhət almaqdan çəkinməyin. Belə olarsa, dəyərli kəlmələr eşidə bilərsiniz.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Ağır fiziki işi minimuma endirin. İfrata varmaq əsla məsləhət deyil. Sümük və oynaqlarda xroniki ağrılar varsa, fiziki işdən, ümumiyyətlə, imtina edin.
Xərçəng - gün əlverişli deyil. Yaxın ətrafınızdakı insanlarla təmasları aktivləşdirin. Belədə işgüzar baxımdan əlverişli əlaqələr qura bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə səhvlərə yol verməyin. Günün ikinci yarısında həmfikir və tərəfdaşlar arayın. Möhkəm işgüzar və dostluq əlaqələri yarana bilər.
Şəxsi münasibətlərdə də müsbət təmayüllərin təsiri artır. Yeni romantik tanışlıq ehtimalı çox azdır.
Şir - yeni işlərə cəsarətlə başlaya bilərsiniz. Görüləsi işin mürəkkəbliyi və ya miqyasından çəkinməyin. Problemi qısa müddətdə, effektiv həll edə bilərsiniz. Yeni münasibətlərə başlamaq olar. Uzun müddətə müttəfiqinizə çevriləcək insanla qarşılaşmaq ehimalı var.
Günün ikinci yarısında ailə problemlərindən birini çözə biləcəksiniz. Kəsilmiş əlaqələri bərpa etmək, sizdən soyumuş insanın rəğbətini qazanmaq şansı var.
Qız - risk etməyin. Ehtiyatlı və sayıq olsanız, mənfi təmayüllərin təsirini minimallaşdıra bilərsiniz. İndiyədək sizə xəyanət etməmiş insanlara güvənin. Hadisələrin gözlədiyiniz kimi inkişaf etməyəcəyi zaman təəccüblənməyin.
Günün ikinci yarısında alış-verişdə qənaətcil olun. Praktik olmayan, bahalı əşyalar almayın. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin.
Tərəzi - ciddi dəyişikliklər olmayacaq. Stabillik sizi narahat etməyəcək, əksinə, sevindirəcək. Real fəaliyyətdən daha çox düşüncələr və təhlillər olacaq. Gələcəklə bağlı planlarınızın praqmat, effektiv olmasına çalışın. Bütün amilləri nəzərə alın. Başqalarının fikir vermədikləri xırdalıqları nəzərdən qaçırmayın.
Günün ikinci yarısı rahat ünsiyyət və xoş təmaslar vəd edir. İstənilən miqyasda və önəmdə problemləri sakit müzakirə etmək olar. Şəxsi münasibətlərinizdəki məqamla bağlı qərarı həyata keçirin.
Əqrəb - istənilən formada rəqabətdən çəkinin. İfrat zərurət yoxdursa, qarşıdurmaya başlamayın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi qorumağa çalışın. İndiyədək sizə ancaq yaxşılıq etmiş insan indi zərbə vura bilər.
Günün ikinci yarısı müstəqil fəaliyyət, yaradıcılıq, təxəyyül tələb edən işlər üçün əlverişlidir. Qərarlarınız orijinal, davranışınız qeyri-adi ola bilər. Zahiri görkəminizə fikir verin. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanmağa başlayacaqlar.
Oxatan - günün ilk yarısı sakit olmayacaq. Emosional fon stabil deyid. Əhvalınız pisləşə bilər. Buna yol verməmək üçün emosiyalarınıza hakim olun. Münasibətlərdə yaranmış problemləri müzakirə ilə həll etmək olar. Adi günlərlə müqayisədə ixtilaflar və fikir ayrılıqlarının sayı çoxdur.
Günün ikinci yarısında tarıma çəkilmiş əsəbləri sakitləşdirin. Dəyər verdiyiniz insanlar barədə sərt və aqressiv danışmayın. İradlarla tənqidlərin sayını azaldın. Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Maraqlı iş tapmaq olar. Qeyri-adi, maraqlı işlər tapa bilərsiniz. Qohumlarınız və sevdiyiniz insanla bağlı xəbərlər sizi sevindirəcək.
Oğlaq - yeni işə başlamazdan əvvəl həmin problemi müstəqil həll edə biləcəyinizə əmin olun. Sizə dəstək və yardım vəd etsələr də, ən çətin, ağır problemləri təkbaşına həll etmək məcburiyyətində qalacaqsınız. İşdə rəhbərlik və həmkarlarla münasibətləri gərməyin. İşgüzar tərəfdaşlarla əlaqələrdə sərinlik yaranmasına imkan verməyin. Günün ikinci yarısında yaşlı qohumlarla ixtilaflara səbəbkar olmayın.
Maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil. Böyük məbləğlər tələb edən proseslərdən uzaq durun. Axşam saatlarını dost və ya dəyər verdiyiniz insanla keçirə bilərsiniz.
Dolça - indiyədək sizi əla anlayan insanlarla təmaslarda ciddi problemlər, fikir ayrılıqları yarana bilər. Eqoist davranmayın. Yaxın ətrafınızdakı insanlardan niyyətlərinizin dərhal reallaşmasını tələb etməyin. Güzəştə getməyi bacarın. Yaşananlarla bağlı narazılığınızı açıq şəkildə izhar etməyin.
Günün ikinci yarısında anlayacaqsınız ki, planların əksəriyyətini həyata keçirmək asan deyil. Nikbinliyi itirməyin, bədbinliyə qapılmayın. Axşam saatlarına yaxın əhvalınız düzələcək.
Balıqlar - əhvalınızı ən xırda məsələlər, mənasız detallar korlamasın. Yaşananları ürəyinizə salmayın. Belədə gününüz korlanacaq. Bu gün formalaşan problemlərin o qədər də ciddi olmadığını anlayın. Çətinliklərin əksəriyyətini asanlıqla çözə biləcəksiniz.
Günün ikinci yarısında gəlirlər və hədiyyələr istisna deyil. Xərclər artıq olmayacaq. Nə isə almaq qərarına gəlsəniz, fikrinizdən vaz keçməyin. Səfər və ya səyahət pis keçməyəcək. Axşam saatlarında aktiv istirahət və dostlarla ünsiyyəti seçin. İmiclə eksperimentlər uğurla ola bilər.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:41 CƏMİYYƏT
-
“Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil" - Deputat
Bugün, 12:36 İQTİSADİYYAT
-
XİN başçısı: "Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır"
Bugün, 12:28 GÜNDƏM
-
Zahid Oruc deputat həmkarına irad tutdu: "Ekranda adı olan həmkarlar etiraz etməsələr..."
Bugün, 12:23 SİYASƏT
-
QHT-lərlə bağlı qanun dəyişir: Qeydiyyat necə aparılacaq? - DETALLAR BƏLLİ OLDU
Bugün, 12:08 SİYASƏT
-
SOCAR-dan Naxçıvana yanacaq tədarükü barədə - Açıqlama
Bugün, 12:06 GÜNDƏM
-
"Dəhlizin giriş-çıxış nöqtəsi Azərbaycan-Ermənistan sərhədindədir deyə..." - Nazirdən TRİPP yolu haqda açıqlama
Bugün, 11:56 SİYASƏT
-
Milli Məclisə gələn ilin büdcəsindən nə qədər vəsait ayrıldı? -Smeta qəbul olundu
Bugün, 11:52 İQTİSADİYYAT
-
Azərbaycan və Almaniya XİN başçıları mətbuat konfransında: "Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur" - Yeni mesajlar verildi (YENİLƏNİB)
Bugün, 11:44 GÜNDƏM
-
NAZİR ƏLİ KƏRİMLİNİN HƏBSİ BARƏDƏ SUALI CAVABLANDIRDI: "Hər kəs qanun qarşısında cavab verməlidir və hazırda gedən..."
Bugün, 11:31 SİYASƏT
-
Fərid Şəfiyev: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələ yaşayır"
Bugün, 11:23 SİYASƏT
-
Müdafiə Nazirliyinin Mətbuat xidmətində dəyişiklik - Nazir Xalq artistinin oğlunu vəzifədən azad etdi
Bugün, 11:16 PRESS
-
PUTİN ÇİNDƏ BELƏ QARŞILANDI - Liderlər 2 saatdan çox nəyi müzakirə edib? + VİDEO
Bugün, 11:10 GÜNDƏM
-
"AZƏRİQAZ"DA İNANILMAZ QƏRAR: 21 rayonda qəza xidmətinin maşınlarına "stop" qoyuldu
Bugün, 10:56 GÜNDƏM
-
ATV kanalının süjeti: Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
Bugün, 10:42 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
Bugün, 10:30 CƏMİYYƏT
-
"AY RƏHMƏTLİYİN OĞLU, SÖZÜMÜ NİYƏ QULAĞININ ARDINA VERİRSƏN?" - Deputat "Azərişıq" sədrini MM-də rüsvay elədi, "Ayə, niyə cavab vermirsən, canını hara qoyacaqsan" dedi (VİDEO)
Bugün, 10:21 CƏMİYYƏT
-
Ramiz Mehdiyev və köməkçisi hökmdən apellyasiya şikayəti verib
Bugün, 10:07 SİYASƏT
-
Azərbaycan nefti cüzi bahalaşdı
Bugün, 10:04 İQTİSADİYYAT
-
73 yaşlı Fatih Terim: "Mən əslən kiprliyəm, bununla fəxr edirəm"
Bugün, 09:50 İDMAN
-
Körfəzdə geniş müharibə təhlükəsi artdı - İran Küveytdəki ABŞ bazasına zərbə endirdi
Bugün, 09:42 GÜNDƏM
-
Ronaldosuz ikinci oyununu keçirən Portuqaliya yığmasından inanılmaz geri dönüş... - Uels məğlub oldu
Bugün, 09:26 İDMAN
-
Minlərlə uçuş ləğv olunub, banklarda köçürmələr dayandırılıb... - ABŞ-da "Rəqəmsal xaos" yaranıb
Bugün, 09:17 GÜNDƏM
-
Rumıniyada 5.3 bal gücündə zəlzələ - İstanbulda da hiss olunub
Bugün, 09:05 GÜNDƏM
-
Ərdoğanın lideri olduğu AKP-dəki daha bir müavininin adı "Fond dələduzluğu"nda hallanır - Oğlunun şirkətinə "əl qoyulub"
Bugün, 00:48 SİYASƏT
-
Məşqçi 20 ilə yaxın işlədiyi "Fənərbaxça"dan ayrıldı
Bugün, 00:25 İDMAN
-
Mbappeni təhqir edən azarkeşə 11 ay həbs cəzası verildi
Bugün, 00:09 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
İran Parlamentinin sədrindən ABŞ mediasının "çirkli bomba" xəbərinə - Sərt reaksiya
17.11.2026, 22:29 DÜNYA
-
Bakıda qardaş bacısını öldürüb
17.11.2026, 19:53 KRİMİNAL
-
Vanda zəlzələ olub
17.11.2026, 19:15 GÜNDƏM
-
“Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin”... - Hansı şadlıq evləri qonaqları aldadıb? + Rəsmi siyahı
17.11.2026, 18:23 CƏMİYYƏT
-
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
17.11.2026, 18:12 GÜNDƏM
-
Braziliya yığması rəqibə aman vermədi - 7:0
17.11.2026, 18:04 İDMAN