Jurnalist Səbuhi Məmmədli xəstəxanadan evə buraxılıb

img

17-08-2023 [11:48]


Jurnalist Səbuhi Məmmədli xəstəxanadan evə buraxılıb.

Mia.az xəbər verir ki, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alan jurnalist ötən gün xəstəxanadan çıxıb.

S. Məmmədli Lent.az-a açıqlamasında özünü yaxşı hiss etdiyini, tezliklə yaradıcılıqla məşğul olmaq arzusunda olduğunu dilə gətirib.

Qeyd edək ki, Lent.az-ın əməkdaşı olan Səbuhi Məmmədlinin səhhətində bir müddətdir, problemlər yaranıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR