Partiya funksioneri kulturizm üzrə dünya çempionu olub - FOTOLAR

img

14-08-2023 [00:24]


Ümid Özdağın sədri olduğu Zəfər Partiyasının İstanbul şəhər təşkilatının sədr müavini Öykü Başar ABŞ-da keçirilən "IFBB Pro League NPC Total Body" (Kulturizm) Dünya Çempionatında birinci olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Zəfər Partiyası İstanbul şəhər təşkilatının sədri Ender Bozanoğlu sosial media səhifəsində açıqlama verib.

O bildirib ki, Öykü Başar bu qələbə ilə olimpiyaya da vəsiqə qazanıb.

Zəfər Partiyasının sədri Ümit Özdağ da Başarı uğruna görə təbrik edib. 

Fərid

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR