Partiya sədrindən xəbərdarlıq: "10 ildən sonra ciddi su böhranı başlayacaq"

img

21-02-2023 [21:27]


"Onlar (iqtidarı nəzərdə tutur- Mia.az) vaxtı ilə məni ələ salırdılar. Mən bunu mitinqlərimdə, zallarda, televiziya verilişlərində demişəm. Siyasətçi peşəmlə yanaşı, daha bir peşəm varr. Mən müəlliməm". 

Mia.az istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Məmləkət Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Məhərrəm İncə "Habertürk" TV-də Fatih Altaylının "Təkbətək" verilişində deyib.

Partiya sədri elmə inanan insan olduğunu xüsusi vurğulayıb: "Mən vaxtı ilə dolların 10 lirə olacağını deyirdim. İndi deyirəm, bu başla getsək, 35 lirə olacaq. Mən zəlzələ ilə bağlı xəbərdarlıq etdim. Kaş ki, haqlı olmayaydım. İndi yenə xəbərdarlıq edirəm. 10 ildən sonra su böhranı olacaq".

Zülfiyyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA