"Aldığı rüşvətdən 150 manatı da mənə verib” deyən baş həkim istintaqa ifadəsini danıb
09-08-2023 [13:51]
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mia.az "Report"a istinadla xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində sözügedən xəstəxananın sabiq baş həkimi Ağahəsən Rəsulov dindirilib.
O bildirib ki, H.Seyidovu iş yoldaşı kimi tanıyıb: "Ondan heç kimin narazılığı olmayıb. Xəstələr də, xəstə ziyarətçiləri də Hüseylə normal münasibətdə idi. Gün ərzində xəstəxanaya 80-100 xəstə qəbul olunurdu. Hər şey də normal idi. Təqsirləndirilən şəxslə hansısa xəstənin problem yaşadığını eşitməmişəm. Hüseynin kimdənsə pul almasından isə xəbərim olmayıb".
Məlum olub ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsində ziddiyyət var. Məhkəmədə onun istintaq ifadəsi elan olunub.
A.Rəsulov istintaq dindirilməsində bildirilib ki, baş həkim H.Seyidovun rüşvət almasından xəbəri olub: "Cinayət işində zərərçəkmiş kimi tanınan xəstələri tanıyıram, Hüseyn onlardan rüşvət alıb. Bir dəfə aldığı rüşvətdən 150 manatı da mənə verib”.
Şahid isə məhkəmədə deyib ki, ibtidai istintaqa ifadə verməyib.
Daha sonra Respublika Psixiatriya Xəstəxanasının Arxiv şöbəsinin əməkdaşı Vüsalə Məlikova dindirilib. O bildirib ki, Arxiv şöbəsində işlədiyindən həkimlərlə o qədər də əlaqəsi olmayıb: "Mən sənədlərlə işləmişəm. Heç bir xəstə və həkimlə görüşməmişəm, kiminsə pul almasını görməmişəm".
Prosesdə ifadə verən digər şahid Könül Əliyeva isə söyləyib ki, xəstəxanada tibb bacısı işləyib. Onun sözlərimə görə, həkimlərin xəstələri qəbul etməsi prosesində iştirak etməyib.
Proses avqustun 22-də davam etdiriləcək.
İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı