İki tarixin əbədi qəhrəmanı Ələkbər Talıbov: o, kim olub? - VİDEO/FOTO
07-08-2023 [13:58]
Bu yazı 1953-cü ilin bu günündə - 7 avqustda doğulan "20 Yanvar” və Qarabağ qazisi Ələkbər Talıbovun əziz xatirəsinə ithaf olunur.
Vətən dediyimiz varlıq üzərində azad yaşadığımız, əcdadlarımızın bizə əmanət qoyub getdiyi, qəhrəmanların od nəfəsi, şəhidlərimizin qanı ilə yoğrulan torpaqdır. Tarixən bu torpaqda doğulmuş, bu torpaqda boya-başa çatmış xalqımız qəhrəman övladları, qəhrəman oğlulları hesabına öz varlığını, öz mövcudluğunu qoruyub saxlamışdır.
Heç də uzaq olmayan tariximizdə bu müqəddəs torpağı canı-dildən sevən, canı, qanı bahasına düşmənlərdən qoruyan və bunu özünə müqəddəs borc hesab edən oğlullarımız olub. Elə bu kiçik yazıda haqqında söhbət açacağımız Ələkbər Talıbov da belə igid oğullarımızdan biridir. Heç də hamının yaxından tanımadığı bu qəhrəman "Yuddan, torpaqdan pay olmaz” deyimini müqəddəs varlıq kimi qəbul edərək, Azərbaycan adlı bəşər incisinə pay kimi baxanlara meydan oxuyan Vətən övladlarından olub.
Bəs kimdir, tanıdığımız və tanımadığımız Ələkbər Talıbov?
Ələkbər Hacı Məhəmmədli oğlu Talıbov 1953 cü il avqustun 7-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub.1971-1973 cü illərdə Kamcatkada hərbi dəniz donanmasında xidmət etmişdir. Hərbi xidmətində sonra Bakı Balıqçılıq Texnikumunun "Gəmi sürücülüyü” şöbəsini bitirib və H.Z.Tağıyev adına Bankə Balıq kombinatda balıqçı gəmisində kapitan işləməyə başlamışdır. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb O, Azərbaycanın azadlığı uğrunda daim əlindən gələni əsirgəməişdir. Hər zaman xalqının keşiyində durmuşdur.
Müasirləri onu Azərbaycanın azadlığı uğrunda ən qatı mübarizlərindən biri adlandırılar.Ələkbər Talıbov 1988-ci ildə Azərbaycanda başlanan milli azadlıq hərəkatına qoşulub və qısa zamanda azadlıq hərəkatının fəal iştirakçısına çevrilib. 1990-cı il 25–26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Neftçalada 10 nəfərin yaralandığı, ümumlikdə 30 nəfərin zərər gördüyü qanlı hadisələrdə özünü rus-erməni cəlladlarının qarşısına verərək yaralananlardan biri də məhz Ələkbər Məmmədəli oğlu Talıbov olub.1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış 12 nəfərə şəxsə Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçala rayonu üzrə isə Ələkbər Talıbov bu ada layiq görülüb.
Ancaq onun Vətən, millət sevgisi bununla bitməyib. O həmçinin, 1993-cü ildə Qarabağ uğurunda gedən müharibənin ən qızğın nöqtələrində döyüş yolu keçib. Onun üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Hərbçilərə könüllülər kimi humanitar yardımlar göstərib. Bu könüllü batalyonunun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər odlu-alovlu yerlərdən keçib. Xüsusən, Ağdam rayonunun Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzuli rayonunun Aşağı və Yuxarı Veysəlli kəndləri uğurunda gedən döyüşlərdə iştirak edib. Ələkbər Talıbov bir müddət də Çəmənli kəndində Orucov qardaşlarının tank diviziyasında döyüşçü kimi xidmət edib.
Sözün əsl mənasında gələcək nəsillərə örnək olan, şanlı həyat yolu keçmiş Ələkbər Talıbov Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında göstərdiyi yüksək vətənpərvərliyə və xidmətlərə görə müxtəlif təltif və mükafatlara layiq görülüb.O, 3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 625 N-li fərmanı ilə "Azadlıq uğrunda mübariz” fəxri adı ilə təltif edilib. 2000-ci ildə qanlı "20Yanvar” hadisələrinin on illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən, 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülüb.
Çox böyük təəssüf ki, azadlıq fədaisi,böyük vətənpərvər, Azərbaycan xalqına qarşı törədilmiş döyüşlərin canlı iştirakçısı olan iki qanlı tarxin Qazisi Ələkbər Talıbov 2020-ci il mart ayının 8-də qəflətən vəfat etdi. Yaşasaydı bu gün 67 yaşı olacaqdı. Sözün əsl mənasında xalq qəhrəmanı olan TÜRK OĞLU Ələkbər Talıbovun vaxtsız ölümü ailəsini və onu tanıyanları dərindən sarsıtdı…Ancaq bu sarsıntıların içərisində onun ailəsinin yüzilliklərə sığmayan bir qürur mənbəyi var…Axı QƏHRƏMANLAR və ŞƏHİDLƏR heç vaxt ölmür…
Müqəddəs 7 rəqəmi altında, Şir bürücündə doğulan və torpağı, milləti, dövlətçiliyi uğurunda Şir kimi savaşan BÖYÜK TÜRK OĞLU, BÖYÜK QƏHRƏMAN, səni sevənlərin sənsiz keçirdiyi "ilk” doğum günün mübarək!(Kaspi.az)
Günel Gözəlova yeni vəzifəyə təyin olundu
İradə Muradova Yasamalda öldürülüb
Məşhur kriminal Azərbaycandan ölkəsinə göndərildi
Füzulidə yanğın törədən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
“qemgin_20” adlı səhifənin sahibi saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"
Tramp: "Bu məsələ bir az neft və sirkəyə bənzəyir"
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı
"Lids Yunayted" Noa Okaforla müqavilə imzaladı
"Gençlerbirliği" malili hücumçunu icarəyə götürüb
Abşeronda boya zavodunda yanğın... - Açıqlamalar (Yenilənib)
Yeni rəis gəldi, xidmət rəisinin müavini yola salındı - Dəyişiklik
Avropa İttifaqı Nümayəndəliyi Azərbaycandakı səfirlə vidalaşıb
Taylan Antalyalı "Rizespor"a transfer olub
Sabah hava necə olacaq? - Proqnoz
PUTİN MEHRİBAN ƏLİYEVAYA TƏBRİK MƏKTUBU GÖNDƏRİB - MƏTN
Kolumbiyada hərbi baza yaxınlığında yük maşını partladılıb - Ölən və yaralananlar var
Müəllimlərin işə qəbulu: vakansiya seçiminə start verildi
Rəşad Nəbiyev daha bir vəzifəyə təyinat aldı - AZAL-da dəyişiklik
ABŞ 55 milyondan miqrantı qovacaq? - Vizalar yoxlanılır
Nuranə Babayeva mətbuat katibi təyin təyin edilib
Xəstənin lüt görüntüləri və... - "Cərrah" danışdı + VİDEO