Arda Gülər sürətlə sağalır

img

07-08-2023 [11:39]


"Real Madrid"in ABŞ-da hazırlıq oyunlarında zədələnən Arda Gülərdən xəbər var.

Mia.az xarici mətbuata xəbər verir ki, 3-5 ay meydandan uzaq qalacağı gözlənilən Ardanın tezliklə aktiv oyuna dönəcəyi deyilir.

İspaniya mətbuatı kuba istinadla yazıb ki, Arda Gülər ​​gözləniləndən çox daha qısa müddətdə meydana qayıda bilər: "Həkimlərin verdiyi rəy baş məşqçi Karlo Ançelottini də sevindirib. Artıq baş məşqçi taktiki dəyişiklik edərək mövsüm ərzində Arda Güləri oyun planlaırna daxil edib".

Xatırladaq ki, "Real" La Liqada mövsümü avqustun 12-də "Atletik Bilbao" matçı ilə açacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR