İmamoğlu İstanbul seçkiləri ilə bağlı meydan oxudu: "Qazanacağımıza heç kimin şübhəsi olmasın"

img

04-08-2023 [17:55]


İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu, nəhayət, gələn il bələdiyyə seçklərində iştrak edəcəyini bəyan edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu ilə 28 may prezident seçkilərindən sonra münasibətləri korlanan İmamoğlunun 2024 bələdiyyə seçkilərinə qatılıb-qatılmayacağı böyük maraqla gpzlənilirdi.

Məlumata görə, bu gün Çatalcada fermerlərə pulsuz veriləcək təxminən 10 milyon qışlıq tərəvəz tinginin paylama mərasimində çıxış edən Əkrəm İmamoğlu qeyri-müəyyənliyə son verib.

O, seçkilərdə yenidən namizəd olacağını deyib: "Nəinki İstanbul böyükşəhər bələdiyyəsini, hətta İstanbulun rayon bələdiyyələrini də qazanmaq üçün var gücümüzlə çalışacağıq. Buna heç kimin şübhəsi olmasın".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq