Roya: "Mənə varlı qız kimi baxırlar"-Video

img

26-05-2014 [12:03]


Müğənni Röya Ayxan dünyanın tanınmış mahnı müsabiqəsi "World Music Awards”da nominant göstərilməsinə münasibət bildirib.

"Qafqazinfo”nun məlumatına görə, ifaçı "Onlar” verilişinə açıqlamasında nominant olmasından yeni xəbər tutduğunu və müsabiqə üçün heç bir məbləğ ödəməyəcəyini bildirib:

"Məlumatı ilk dəfə Murad Arifin "İnstagram” səhifəsindən almışam. Gördeüm haqqımda nəsə paylaşıb, başa düşmədim, like edib keçdim. Sontra soruşanda dedi ki, ay qız Azərbaycandan dünya ödül yarışmasına ilk dəfə sən seçilmisən. Məgər mən ingilis dilində oxuya bilirəm? Bu mənim üçün xoşdur, Amma söz vermirəm ki, harasa gedəcəm və nəsə alacam. Ya da Murad Ariflə birlikdə hərəmiz 50 min qoyaq gedək. Mənə varlı qız kimi baxırlar. Ona görə məni seçiblər ki, bu gətirib verəcək. Sadəcə indi yox. Kimsə verə bilməyibsə, mən vermişəmsə nə əla mənə. Pul haqda danışanlar kimdirsə, yəqin, o verə bilməyib. Bura vətəndir, nə qazanırıqsa, bura xərcləyirik. Yarışmaya 100 min verəcək deyiləm, mən o ağla sahib deyiləm. Ondan çox Gülşənlə olan layihəmə gedir, başqa heçnə maraqlı deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR