“Mançester Yunayted” türk qapçını heyətinə cəlb edir

img

03-08-2023 [15:00]


"Mançester Yunayted" "Fənərbağça"dan ayrılacağı iddia edilən Altay Bayındırın transferi üçün rəsmi danışıqlara başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Altayın meneceri ilə İngiltərə klubunun yetkliləri arasında transferin detalları müzakirə olunur.

Məlumatda deyilir ki, qapçının "Fənərbağça" ilə müqaviləsində "6 milyon avro ödənişlə sərbəst qala bilər" maddəsi ingilislərin əl-qolunu açıb.

Onlar "Fənərbağça"ya 6 milyon avro ödəməklə, Altayı heyətə cəlb etmək istəyirlər: "Hazırda Altayın illik sabit maaşı və komandadakı statusu müzakirə olunur".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR