Yolu bərbad, məktəbi qəzalı... - İcra Hakimiyyətindən İstisu sakinlərinin imdadına reaksiya (FOTOLAR) - Yenilənib
04-08-2023 [12:23]
İsmayıllı rayonu İstisu kənd sakinləri tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.
Şikayətçilər yazır ki, İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən dörd tərəfi dağ, çay və meşələr olan səfalı kənddir: "Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur. İndiyə kimi bu kəndə yol çəkilməyib. Bəlkə də Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın. Yol keçmişdə daşdan salınıb deyə üzərində nəinki avtomobillə, hətta piyada yerimək çox çətindir. Bu səbəbdən əhali çox əziyyət çəkir. Kəndin 1500-dən çox əhalisi 400 yaxın təsərrüfatı var. Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur. Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır. Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır.
Yolun olmamasına görə kəndə turistlər gələ bilmir. Ancaq İstisu bəlkə də təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür. Kəndə yol çəkilərsə, turistlər axın edəcək.
Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciətlər etmişik, ancaq hələ heç bir tədbir görülməyib.
Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib insanların rahatlığı təmin olunub. Ancaq çox təssüf olsun ki, İstisu kəndinə nəzər salınmır.
Mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz.
İmza:
Babayev Mobil İsmayıl oğlu 050 465-53-63
Şükürov Vicad Arif oğlu
Zülfüqarov Rasim Seyfəd oğlu
Süleymanov Şakir Şahverən oğlu
Feyzullayev Firudin Məhəmməd oğlu
Səfərov Famil Məhəmməd oğlu
Əzizov Həbib Nəsurulla oğlu
Babayev Kazım Niftalı oğlu
Babayev Adil İsmayıl oğlu
Mahmudov Fərrux Feyruz
Babayev Ramiz Nazim oğlu
Rəhimov Vüqar Nizami oğlu
Musayev Xasay Xıdır oğlu
Babayev Rafik Niftalı oğlu
Əzizov Sərxan Nəsrulla oğlu
Babayev Təbriz Rafik oğlu"
***
İsmayıllı İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, rayonun Qalacıq bələdiyyəsindən aldığımız arayışa əsasəni, sonuncu dəfə 30 iyun 2023-cü il tarixdə və 7 iyul 2023-cü il tarixdə İsmayıllı rayonunun dağ kəndlərində, eləcə də İstisu kəndində güclü leysan xarakterli yağış yağıb:
"Bunun nəticəsində yol infrastrukturuna ziyan dəymişdir. Bələdiyyə tərəfindən İstisu kəndinin yolları nəzarətə götürülmüş lakin bələdiyyə hesabında yetərli vəsait olmadığı üçün yolların təmir edilməsi gecikmişdir. Yolların yenidən bərpa olunması və yaranmış problemlərin aradan qaldırılmasına görə hal-hazırda bələdiyyə hesabında yetərli vəsait vardır. Hava şəraitini nəzərə alaraq 08 avqust 2023-cü il tarixdə İstisu kəndinin kənddaxili yollarının (bütün küçələrin) təmir işlərinə başlanılacaqdır.
İstisu kəndindəki məktəbin qəzalı vəziyyətdə olması ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsindən verilən arayışa əsasən bildiririk ki, İstisu kəndində yeni tipli məktəb binası və uşaq bağçasının tikilməsi Dövlət Proqramında nəzərdə tutulmuşdur".
Tahir
Mia.az
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı