“Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək - “Qarabağ”ın oyununa görə

img

02-08-2023 [11:49]


Bu gün “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Mia.az xəbər verir ki, müvafiq əməliyyat planına uyğun olaraq, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.

Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq.

Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR