Mauro İkardinin həyat yoldaşı: "Təbii ki, şoka düşdüm, ölməkdən qorxurdum"

img

02-08-2023 [10:08]


"Qalatasaray"la yeni müqavilə bağlayan argentinalı hücumçu Mauro İkardinin həyat yoldaşı Vanda Nara xəstəliyi ilə bağlı maraqlı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, sümükdə qan xəstəliyi şübhəsiylə xəstəxanaya alındığı günü ailəsində yaranan gərgin vəziyyətdən söz açıb.

Vanda Nara Argentina mətbuatına bildirib ki, xəstəliyini televiziyadan öyrənib: "Təbii ki, şoka düşdüm, ölməkdən qorxurdum. Uşaqlarım, anam dayanmadan ağlayırdı, İkardi isə karyerasını bitirəcəyini dedi. Hiss edirdim ki, hər şey məhv olub. Ailəm məhv olub. Mən buna görə güclü olmalı idimm, çünki hər şey dağılırdı. Mauroya "mən öləcəm" dedim...".

Nara Tanrıya şükür edib ki, artıq o anlar geridə qalıb...

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR