"Fənərbağça" Moldovada rəqibinə "gözünü açmağa" imkan vermədi - VİDEO / FOTOLAR

img

02-08-2023 [00:02]


UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin 5-0-lıq qələbənin revanşında səfərdə “Zimbru” ilə “kozır”nı bölüşən “Fənərbağça” yenə də rəqibini darmadağın edib.

Mia.az xəbər verir ki, "Fənərbağça” Moldovada da 4-0 hesablı qazanaraq 9-0-lıq ümumi hesabla tur adlayıb.

Oyuna gəldikdə isə, ilk matçda olduğu kimi mübarizəyə böyük təzyiqlə başlayan və rəqibin müqavimətini qıran “Fənərbağça”  ikinci hissədə rəqibini qol yağışına tutub.

Belə ki, Duşan Tadiç 48-ci dəqiqədə hesabı açıb - 0:1.

57-ci dəqiqədə Batşuayinin fərqi artırıb - 0:2.

Batshuayi 59-cu dəqiqədə daha bir qol atıb - 0:3.

İsmail Yüksek 77-ci dəqiqədə hesaba nöqtəni qoyub - 0 :4.

Xatırladaq ki, "Fənərbağça" növbəti turda "FC Differdange 03" (Lüksemburq) – "NK Maribor" (Sloveniya) matçının qalibi ilə oynayacaq.

Fərid

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR