7 il axtarışda olan polis rəisi tutuldu: “Geri dönəcəyik”

img

01-08-2023 [15:19]


7 ildir FETÖ üzvü ittihamı ilə axtarışda olan sabiq polis rəisi Arif Oktay Eser xaricə qaçmağa hazırlaşarkən Ankarada saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları uzun axtarışlardan sonra onun yerini müəyyən ediblər.

Məlumata görə, özünü gizlətmək üçün daim geyim və xarici görkəmində dəyişiklik eləyən, son dərəcə tədbirli hərəkət edən keçmiş polis rəisinin üzərindən saxta vəsiqə və pasport çıxıb: "Onun gizləndiyi evdə isə külli miqdarda xarici valyuta, FETÖ simvolu kimi tanınan 1 dollar, çoxlu sayda cib telefonu, noutbuk, poverbank və ilk yardım ləvazimatları ələ keçirilib. O, saxlanılarkən polis qüvvələrinə "məni boşuna saxlayırsınız. Onsuz da biz geri dönəcəyik" deyib".

Türkiyə mətbuatı yazır ki, terror təşkilatıın mənsubu olmaqda ittiham olunan sabiq polis rəisi ilk ifadəsindən sonra barəsində məhkəmə qərarı ilə  həbs qətimkan tədbiri seçilib.

Lamiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq