Nigerdə çevriliş baş tutdu: ordu geri çəkildi, aksiyaçılar Rus bayrağı ilə meydana çıxdı - BMT və Qərb ölkələri isə qiyamı pislədi (FOTOLAR)
28-07-2023 [16:15]
Nigerdə qanuni seçilmiş prezidenti devirərək hakimiyyəti ələ alan Prezident Qvardiyasının lideri general Omar Çiani özünü yeni yaratdığı Vətənin Xilası Milli Şurasının sədri elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 10 ildən çoxdur ölkə prezidentinin mühafizəsinə rhbərlik edən general televiziyada çıxış edərək, ölkənin fılakətli həddə olduğunu bildirib və bu səbəbdən qiyamına haqq qazandırıb: "Hazırda ölkəmizin sərhədlər bağlıdı və komendant saatı elan var. Vəziyyət düzələn kimi, yollar açılacaq, hər şey qayadaya düşəcək".
Xatırladaq ki, dünyanın ən böyük uran yataqlarına malik olan Qərbi Afrika ölkəsi Nigerdə ötən il seçki yolu ilə prezident olan Mohamed Bazoum və ailəsi saxlanılıb. Prezidentin tərəfədarları onun azadlığa buraxılması üçün aksiya keçirsə də, qiyamçılar buna məhəl qoymayıb. Əksinə, qiyam tərəfdarları meüydana çıxaraq, Prezidentin partiyasının ofisnə od vurublar.
Diqqətşəkən məqam budur ki, qiyam tərəfdarları aksiyada Rusiya bayraqları qaldırıblar. Elə bu fakt da bəzi dünya mediasında çevrilişin arxasında Rusiya və ona bağlı olan "Vaqner"in olduğunu yazmağa başlayıblar.
Qiyam tərəfdarları paytaxt Niamey və Dossoda nümayiş keçirərək, Fransa hərbçilərinin də ölkədən çıxmalaırnı tələb ediblər. "Hər iki şəhərdəki izdihamlı nümayişdə fəalların Rusiya bayraqları daşımaları diqqət çəkib. Digər tərəfdən, Niameydə toplaşan nümayişçilər Bazumun partiyası "Niger Demokratiya və Sosializm Partiyası (PNDS-TARAYA)" qərargahını yandırıblar".
Nigərdə yaşanan digər maraqlı fakt isə odur ki, qiyamın ilk günü qanuni prezidenti dəstəkləyən, həttə Qvardiyaya qarşı hücuma hazırlaşdıqlaırnı bəyan edən ölkə ordusu da geri çəkilib. Ordudan verilən yazılı açıqlamaya görə, ölkə prezidentinin təhlükəsizliyini qorumaq, ölkədə vətəndaş müharibəsinin qarşısını almaq üçün general Çianini dəstəkləyəcəklər.
Dövlət çevrilişini Rusiyadan başqa, demək olar ki, əksər böyük və bölgə dövlətləri çox sərt şəkildə qınayıblar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib: "Nigerdəki hərbi çevriliş cəhdini ən şiddətli şəkildə qınayıram. Konstitusiya və qanunun aliliyinin bərpası üçün hər cür səy göstərilməlidir".
Britaniya Xarici İşlər Nazirliyinin İnkişaf və Afrika üzrə Dövlət Naziri Endryu Mitçel deyib: “Birləşmiş Krallıq Nigerdə demokratiya və sabitliyi pozmağa yönəlmiş hər hansı cəhdi qəti şəkildə pisləyir”.
Nigerdəki çevrilişi qınayanlar arasında Tunis, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Qətər, Liviya və Əlcəzair də var.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nigerdə baş verənləri narahatlıqla izlədiklərini bildirib: "Biz münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri dinc və konstruktiv dialoq yolu ilə həll etməyə çağırırıq. Niger prezidenti Məhəmməd Bazumun dərhal azad ediləcəyinə ümid edirik".
Samir Musayev
MİA.AZ
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi