UEFA Konfrans Liqası: "Beşiktaş" rəqibini 3 qolla keçdi - FOTOLAR

img

28-07-2023 [00:20]


UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Beşiktaş" Albaniyanın "Tirana" komandasını qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyunda daha istəkli başlayan  "Beşiktaş" ilk dəqiqələrdən hücum futbolu oynayıb.

"Beşiktaş" oyundakı ilk qolunu 21-ci dəqiqədə Onur Bulut vurub - 1-0

43-cü dəqiqədə Abubakarın əla ötürməsi ilə Muleka ikinci qola imza atıb - 2:0.

"Beşiktaş"ın yeni transferi Jan Onana 63-cü dəqiqədə Salih Uçanı əvəzləyib.

Matçın 83-cü dəqiqəsində qonaqlar fərqi 1-ə endirib - 2:1.

Matçın əlavə vaxtında gənc ulduz Semih Kılıçsoy dar bucaqdan sərt zərbə ilə topu tora göndərib - 3-1.

Oyun bu hesabla başa çatıb.

Bu matçın cavab görüşü avqustun 3-də Albaniyanın paytaxtı Tiranada oynanılacaq.

Fərid Aslan

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR