Ərdoğan: "600 min suriyalı qaçqın geri göndərildi, hədəfimiz bunu 1 milyona çatdırmaqdır"

img

27-07-2023 [09:40]


Ötən gün Türkiyədə Polis Akademiyasının məzuniyyət mərasimində çıxış edən prezident Ərdoğan son 6 ayda 600 min qaçqının geri göndərildiyini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan ölkədə qanunsuz yaşayan miqrantlara qarşı davamlı tədbirlərin görüldüyünü deyib: "Hədəfimiz bu rəqəmi bir milyona çatdırmaqdır. Böyük şəhərlərdə yoxlamalar artırılıb, Bu yoxlamalar nəticəsində əlavə 36 min nəfər də ölkələrinə deport olunub. Bizim hədəfimiz bəllidir, nə ölkəmizin təhlükəsizliyindən güzəştə gedər, nə də vətəndaşlarımızı problemə salarıq. Bunlar olmayacaq. Problemə birdəfəlik həllli üçün gərəkli addımar atılıır".

Xatırladaq ki, müxalifət Türkiyədə 13 milyona yaxın qaçqın yaşadığını deyır.

İqtidar isə müxalifətin bu rəqəmi şişirtdiyini deyir və bu sayın 6 milyon civarında olduğunu bildirir.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq