"Qalatasaray"ın yeni transferi ilk oyunda zədələndi

img

26-07-2023 [00:01]


"Qalatasaray"ın yeni transferlərindən olan Anjelino "Jalqiris" matçında zədələnib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qalatasaray"ın Almaniyadan "Leyptsiq"dən yeni icarəyə götürdüyü sol cinah müdafiəçisi ilk rəsmi matçda oyunu sonadək davam etdirə bilməyib.

Belə ki, o, 84-cü dəqiqədə aldığı zədədən oyunu yarımçıq tərk etməli olub.

İlkin məlumata görə, futbolçu avqustun 2-də İstanbulda keçiriləcək cavab oyununda meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Vilnüsdəki oyun 2:2 hesabı ilə yekunlaşıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq