Türkiyədə küçə itləri 90 yaşlı kişini parçaladı

img

25-07-2023 [17:27]


Türkiyənin Diyarbəkir vilayətində  dəstəmaz almaq üçün səhər evinin qarşısına çıxan 90 yaşlı Faiq Dəlibaş sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, küçə itləri tək yaşayan yaşlı adamı parçalayaraq öldürüblər.

Məlumata görə, əraziyə gələn polis və təcili yardım onun parçalanmış meyitini ekspertizaya aparıblar.

Hadisədən sonra sakinlərin şikayəti üzrə bölgədə küçə itlərinə qarşı tədbirlər artırılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA