Müəllimlərin imtahanını niyə DİM deyil, nazirlik keçirir?
25-07-2023 [15:59]
Azərbaycanda bir neçə ildir ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən imtahanlar, sertifikasiya təşkil olunur. Habelə, pedaqoji sahədə ali və orta ixtisas təhsili almış məzunları da işə yalnız MİQ (Müəllimlərin işə qəbulu) imtahanının nəticələrinə uyğun olaraq alırlar.
Ölkəmizdə pedaqoji ixtisasları bitirən kütləvi işsizlər ordusu yaranıb. Bunu müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqə zamanı da görürük.
Təxminən 10 min vakant yerə qarşı 60 min namizəd sənəd verir. Müəllimliyə namizədlərin sayı çox, orta məktəblərdəki vakant yerlərin sayı isə azdır. Üstəlik, hər il müxtəlif universitetlərdə müəllimliyi bitirənlər də iş axtaranların sırasına daxil olur.
Bununla yanaşı, MİQ imtahanlarının suallarının çətin, qiymətləndirmə meyarlarının isə qeyri-obyektiv olduğuna dair iddiaların sayı durmadan artır. Bəzi ekspertlər müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün imtahanların və sertifikasiyaların ETN təfindən deyil, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmasını təklif edirlər.
Görəsən, belə bir dəyişiklik baş verərsə, bu, hansı nəticələrə gətirib çıxara bilər?
Mia.az-ın məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev AYNA-ya açıqlamasında deyib ki, müəllimin bilikləri mütləq yoxlanılmalıdır: “Çünki gələcəyimizi pedaqoqlara etibar edirik. Onların bilik və bacarıqlarının qiymətləndirilməsi vacibdir. Lakin bu prosesin özü şəffaf aparılmalıdır. Görünən odur ki, Elm və Təhsil Nazirliyi bu prosesi normal təşkil edə bilmir. Ortada çox ciddi nöqsanlar var. Çünki Nazirlik qapalı bir sistemdir”.
“Direktorların işə qəbul prosesindən də narazıyam. Bütün dünyada müəllimlərin bilikləri yoxlanır. Amma işə qəbul prosesinin neqativ cəhətləri də var. Burada imitasiyaya yol vermək olmaz. Bunu nazir də, nazirin ətrafındakı orta təhsili bilməyən insanlar da başa düşməlidirlər. Təhsil strateji bir sahədir və bu sahənin özünəməxsus idarəçilik qaydaları mövcuddur. Dünya təcrübəsinə istinad olunmalıdır. Bizdə sözdə istinad var, əməldə isə bu baş vermir”, - deyə deputat bildirib.
Əliyev müəllimlərin işə qəbul və sertifikasiya imtahanlarının, habelə direktor imtahanlarının DİM-ə verilməsi təşəbbüsünü dəstəkləyir: “Əsas məqsəd obyektivlik və şəffaflığa nail olmaqdır. Elə etməliyik ki, bu imtahanlar mövcud reallığı əks etdirsin. Daha kimlərinsə qarşısında maneələr yaratmasın. Dövlət İmtahan Mərkəzinin müəyyən təcrübəsi var. Mümkündür ki, bu imtahanları onlar keçirsinlər. Əsas məsələ imtahanları kimlərin keçirməsində deyil, ədalətli təşkilindədir”.
DİA.AZ bildirir ki, AYNA-nın digər həmsöhbəti, təhsl eksperti Elçin Əfəndi isə yeni məzun olmuş tələbələrin həm dövlət imtahanına, həm də MİQ-ə hazırlaşması ilə razı deyil: “Təbii ki, pedaqoji yönümlü ixtisaslarda təhsil alan tələbələrin yekun qiymətləndirmə əsasında müvafiq müsabiqədə iştirakına tərəfdaram. Ancaq bir məqam da var ki, biz müəllimlərin işə qəbulu zamanı şəffaf bir sistem qurmağa müvəffəq ola bilmirik. Bəziləri istənilən boşluqdan öz mənafeyi naminə faydalanmağa çalışır və buna nail olurlar. Bu, artıq təkzibolunmaz bir həqiqətdir. Hesab edirəm ki, ortalama göstəricilər əsasında işə qəbul daha faydalıdır”.
“Tələbələr illər ərzində təhsil alırlar, pedaqoji sahədə ixtisas sahibinə çevrilirlər. Lakin sonradan işə qəbul olunmurlar. Onları hazırlaşdıran müəssisələr də Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Bu baxımdan kompleks addımlar atılmalıdır. Pedaqoji kadrları hazırlayan mütəxəssislərin yetişdirilməsi işinə çox ciddi önəm verilməlidir. Reallıq budur ki, MİQ və sertifikasiya imtahanları ilə bağlı ciddi narazılıqlar mövcuddur”, - deyə müsahibimiz söyləyib.
Əfəndinin fikrincə, bu məsələyə yenidən baxılmalıdır: “İmtahanların təşkili, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinə aydınlıq gətirilməlidir. Mövcud qaydalar effektiv deyil. Belə olduğu halda yeni qaydalar tətbiq oluna bilər. Bu qaydalardan biri olaraq müəllimlərin və direktorların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə imtahanlar və sertifikasiyaların keçirilməsinin Elm və Təhsil Nazirliyindən alınması, Dövlət İmtahan Mərkəzinə verilməsi də müzakirə oluna bilər. Yəni, baxılası təkliflərdən biridir”.
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı