İmamoğlu ona “əxlaqsız” deyən bələdiyyə sədrinə sərt cavab verdi

img

25-07-2023 [00:12]


Kamal Kılıçdaroğlunu CHP sədrliyindən devirmək üçün onlayn gizli toplantı keçirən İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı partiya daxilində müxaliflərin sayı kəskin artır.
 
Mia.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Gizli görüş” qalmaqalından sonra CHP-li bələdiyyə sədrlərinin iclasında gərgin anlar yaşanıb.

Məlumata görə, CHP sədri Kamal Kılıçdaroğlunun sədrlik etdiyi icasda Əkrəm İmamoğlu ilə Bakırköy Bələdiyyə sədri Bülent Kərimoğlu arasında "atışma" olub. Belə ki, Kərimoğlu İmamoğluna "Sənin zoom-la gizli toplantı keçirməyin əxlaqsızlıqdır. Sən əxlaqsızsan" sözünə İmamoğlu cavabsız qalmayıb. 

O, həmkarına  "Əxlaqsız sənsən. Bakırköydə küçəyə çıxacaq üzün yoxdur, amma burada boş-boş danışırsan...", - deyib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq