"Mançester Yunayted" türk qapıçı ilə danşıqlar aparır

img

25-07-2023 [00:20]


İngiltərənin "Mançester Yunayted" klubu türk qapıçını heyətinə qatmaq istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Mançester Yunayted" "Fənərbağça"nın gənc qapıçısı Altay Bayındırı "radar"ına alıb. 

Məlumata görə, oyunçu ilə görüşən ingilislər "Fənərbağça"ya 6 milyon avro təklif edib: "Onananı İtaliyanın “İnter” komandasından transfer edən “Mançester Yunayted” onunla rəqabət aparacaq alternativ qapçı kimi Altaya gözünü dikib. Əgər "Fənərbağça" xorvat qapıçı Dominik Livakoviçin transferini uğurla bitirsə, o zaman ingilislərə "hə" deyiləcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR