"Daha sənə ehtiyacımız yoxdur" - Fürsətçil davranan hücumçuya qapı göstərildi

img

24-07-2023 [00:18]


“Fənərbağça”nın 6.5 milyon  təklif etdiyi  Fil Dişi Sahilinin futbolçusu "ağını çıxarıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Fənərbaxça” “Kristal Pelas”la yollarını ayıran Vilfrid Zahaya illlik 6.5 avro sabit maaş təklif edib. Bu təklifdən sonra İstanbula gəlməyə müsbət yanaşan hücumçu qəfildən təklifə təkliflə cavab verib.

O, “Kristal Pelas”ın yenidən ona 6 milyon funt sterlinq təklifi etməsini duyan kimi İstanbula belə mesaj göndərib: "8 milyon funt sterlinq versəniz, 3 illik müqavilə ilə sizə gələrəm".

30 yaşlı futbolçunun fürsətçil davranışı isə Türkiuyə klubundan qəzəblə qarşılanıb.

Türkiyə mətbuatı yazır ki, klub trəhbərliyi artıq ona "Daha sənə ehtiyacımız yoxdur" mesajı verib.

Bundan sonra o, "Qalatasaray"!la danışıqlara başlayıb...

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR