Şirvanda bədii gimnastika üzrə yığma komanda üzvlərinin nümunəvi çıxışlarından ibarət idman tədbiri keçirilib

img

23-07-2023 [12:27]


Azərbaycan Gimnastika Federasiyası tərəfindən Şirvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvlərinin nümunəvi çıxışlarından ibarət idman tədbiri keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva, Şirvan Şəhər İcra Hakimiyyətin başçısi İlqar Abbasov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Yusifov, idmançılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Gimnastlar tərəfindən həm fərdi, həm də qrup hərəkətləri proqramında ip, top, lent, halqa və gürzlər ilə hərəkətlər icra olunub. Gimnastların çıxışları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR