"Qalatasaray" "Yeni Messi" adıyla aldığı futbolçunu icarəyə verir

img

21-07-2023 [17:34]


"Qalatasaray"ın ötən il 6 milyon avroya "Rapid Wien"dən transfer etdiyi Yusuf Dəmir gözlənilən oyunu oynaya bilməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu səbəbdən "Qalatasaray" Yusuf Dəmir satışa çıxarıb.

Türkiyə mətbuatı yazır ki, ötən mövsüm komandanın heyətində cəmi 66 dəqiqə oynayan 20 yaşlı futbolçu ilə yalnız "Sivasspor" maraqlanır: ""Sivasspor" isə onu birdəfəlik almaq istəmir. Klub Yusuf Dəmiri bir illik icarəyə götürmək istəyir. Hazırda bu plan üzrə tərtəflər arasında danışıqlar gedir".

Onu da qeyd edək ki, futbolçunun "Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi var.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR