"Real Madrid"in baş məşqçisi: "Azarkeşlər Ardanı çox sevəcək"

img

21-07-2023 [11:26]


"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülər ​​haqda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Karlo Ançelotti artıq məşqdəki performansı ilə "Real Madrid"in texniki heyətini valeh edən Arda Güləri tərifləyib.

İtalyan məşqçi deyib ki, "Arda Gülər ​​çox keyfiyyətli futbolçudur, məncə, "Real Madrid"in azarkeşləri onu çox sevəcək".

Məlumata görə, hazırda Karlo Ançelotti Arda Gülərlə xüsusi maraqlanır. Xəbərə görə, məşqçi onun fiziki olaraq güclənməsi üçün xüsusi qrafik hazırlayıb: "Aradanın fiziki güc qazanmasına ehtiyac var"

Xatırladaq ki, Arda Gülər ​​"Real Madrid" forması ilə ilk sınağını "Milan"a qarşı verəcək. ABŞ-da keçiriləcək "Soccer Champions Tour" çərçivəsində oynanılacaq "döyüş"ün fiti iyulun 24-ü, saat 05:00-da çalınacaq.

Fərid 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR