Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-07-2023 [00:01]
Qoç - xırdalıqlara və təfərrüatlara fikir verin. İşlərin gedişatı bəzən detallardan asılı olur. Yaşamın ən müxtəlif sahələrində dəyişikliklərlə islahatlara kiçik addımlardan başlayın. Mənasız, zərurətsiz riskə getməyin, narahat olmayın. Kiçik məbləğdə gəlir, köhnə borcun qaytarılması istisna deyil.
Günün ikinci yarısında emosional fon stabildir. Hansısa iş plan üzrə getməzsə, təlaşa düşməyin. Sakit, təmkinli olun. Kəskin reaksiyanı soyuqqanlı davranışla əvəzləyin. Bədxahların sevinmələrinə imkan verməyin.
Buğa - yeni işlərə başlamaq üçün əlverişli zamandır. Həmin işlərin yorucu və usandırıcı olmamasına çalışın. Tək işləməyin. İlkin mərhələdə tərəfdaş və müttəfiqlərin yardımlarına xüsusi ehtiyac var. Az sonra müstəqil fəaliyyət göstərə bilərsiniz.
Günün ikinci yarısında problemlərə və xoşagəlməz situasiyaya normal yanaşın. Yaxınlarınızın düşünülməmiş hərəkətləri və kəskin iradlarına sərt reaksiya verməyin.
Əkizlər - maraqlı, uğurlu və irəliləyiş vəd edən gündür. İşgüzar görüşlər və nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli zamandır. Karyeranızın inkişafı, maaşınızın artırılması ilə bağlı məsələləri müzakirə edin. Yeni işə yalnız müstəqil çalışaraq onu başa vuracağınıza əmin olandan sonra başlayın. Əvvəllər tərəfinizdə olan insanların qayğıları artdığından onlar öz işlərini görməyə can atırlar.
Günün ikinci yarısında maraqlı görüşlər istisna deyil. Yeni tanışlarınızda özünüzlə bağlı rəğbət hissi yaradın. Amma təriflərə inanmayın. Maliyyə məsələlərinin həlli və alış-veriş üçün əlverişli gündür.
Xərçəng - bir neçə çətin, ağır, mürəkkəb işin öhdəsindən gəlməli olacaqsınız. Yardım göstərən, kömək edən olmadığı üçün müstəqil çalışın. Müttəfiqlərlə tərəfdaşlar bu gün, sadəcə, mənəvi dəstək verəcəklər. Planlaşdırılmamış xərclər, əhəmiyyətli maliyyə itkiləri istisna deyil. Alış-verişdə çox pul xərcləməyin.
Yaxınlarınıza qayğı göstərmək istəyəndə həddi aşmayın. İstənilən münaqişə zamanı tezliklə barışmağa çalışın. Əks təqdirdə anlaşılmazlıq xoşagəlməz qarşıdurmaya çevrilə bilər.
Şir - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün xeyli səy göstərməli olacaqsınız. Yorulacaq, usanacaqsınız. İlk baxışdan istəyiniz irreal, məqsədiniz illüzor deyil. Amma ən kiçik müsbət nəticələrə nail olmaq vaxt və səylər tələb edir. Çoxdankı münaqişələr sərtləşir, mübahisələr qızışır. Az qala unudulan sözlər yada düşür və sizi ruhdan salır. Hisslərinizi və problemlərinizi yaxınlarınıza anlatmağa çalışsanız da, bir nəticə hasil olmayacaq. Dəstək almaq əvəzinə heç bir əsası olmayan tənqidlər, iradlar eşidəcəksiniz. Özünüzü qoruyun, bədbinliyə qapılmayın.
Qız - maliyyə məsələlərinin həlli, hesabatların hazırlanması və sənədləşdirmə üçün əlverişli gün deyil. Olduqca sərvaxt, diqqətli olun. Fiziki iş görərkən hərəkətlərinizi avtomatizm səviyyəsinə çatdırın. Yaxınlarınızla dil tapmaq asan deyil. Onlar sizə qarşı iddia və iradlarla çıxış edir, tələblərinin dərhal icra olunmasını istəyirlər. Münaqişəyə səbəbkar olmayın. Dedikləriniz məntiqli olsa da, sözlərinizə qulaq asan azdır.
Tərəzi - qətiyyətli, inadkar, iradəli olun. Uzun müddətdən bəri yolunuzu kəsən və irəliləyişinizə imkan verməyən maneəni dəf edin, sədləri keçin. Gözlənilməz, amma çox maraqlı təklif ala bilərsiniz. Həmin təklifin müəllifi əmədaşlıq etmək istədiyiniz insandır. Bir müddət düşünüb-daşınandan sonra təklifi qəbul edin. Peşman olmayacaqsınız. Yaşam potensialının səviyyəsi aşağıdır. Özünüzü qoruyun. Kəsici və iti alətlərdə ehtiyatla davranın. Axşam saatlarında normal istirahət edin.
Əqrəb - diqqət tələb edən işlərlə maraqlanın. Mühüm olmayan, mənasız işlərə başlamayın. Belə taktika sizə zərər verə bilər. Həllini tələb edən problemin çözülməsinə başlayın.
Dostlar, yaxınlar və qohumlardan yaxşı məsləhətlər alacaqsınız. Yaxşı heç nə gözləmədiyiniz insan sizi təəccübləndirəcək. Səhhətinizin qeydinə qalın.
Oxatan - qısamüddətli, amma sizin üçün çox əhəmiyyətli işə və ya layihəyə başlamaq üçün əlverişli zamandır. Qısa zamanda kiçik də olsa, nəticə əldə etməyə çalışın. Uzunmüddətli planların reallaşdırılmasını düşünürsünüzsə, etibarlı yardımçılar və nüfuzlu hami olmadan işə başlamayın.
Ünsiyyət üçün çətin gündür. Yaxınlarınızdan gözlədiyiniz dəstəyi almayacaqsınız. Ağır fiziki iş məsləhət deyil. Avantüra və ya riskə qapılmayın.
Oğlaq - bu gün risk etməyə dəyməz. Eksperimentləri təxirə salın, sınanmış metodlardan istifadə edin. Bu gün sayı artacaq təxribatlara uymayın. Bədxahlarınızla düşmənləriniz sizi aldatmağa, etibarınızdan sui-istifadə etməyə çalışırlar. Belələrinin şirin dillərinin felinə düşməyin. Həqiqəti yalandan ayırmağı bacarın.
Günün ikinci yarısı müstəqil fəaliyyət və uzunmüddətli planların hazırlanması üçün əlverişlidir. Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin, tək qalmayın.
Dolça - səhər saatlarından etibarən aktiv işləməyə başlayın. Diqqətinizi ikinci dərəcəli işlərə yayınmasın. Yeni məlumat planlara dəyişiklikləri qaçılmaz edir. Maliyyə məsələlərində sayıq olun. Alış-veriş və əyləncə zamanı deyil. Xarici dil öyrənmək və ya peşə bacarıqlarını artırmaq üçün əlverişli zamandır.
Ailədə münaqişəyə, emosional qarşıdurmaya imkan verməyin. Münasibətlər sınaqdan keçir. Yol verdiyiniz səhvləri təhlil edin, onları təkrarlamamağa can atın.
Balıqlar - bütün diqqəti işə yönəltsəniz, ciddi uğurlara nail ola bilərsiniz. Ən çətin problemlərin öhdəsindən gələcəksiniz. Yardım və dəstəyə ehtiyacınız yoxdur. Yaxşı məsləhətlərlə ideyalar isə əksinə, gərəkdir. Yaxın ətrafınızdakı insanların sözlərinə qulaq asın.
Gəlirlər istisna deyil.Sevdiyiniz insanla münasibətlərinizdə çətinliklər yarana bilər. Sizə elə gəlir ki, həmin adam, sanki, qəsdən səbrinizi yoxlayır, sizi təbdən çıxarmağa çalışır.Fəqət, baş verənlərə təmkinli və soyuqqanlı yanaşsanız, yaşananların ciddi nəsnələr olmadığını anlayacaqsınız. Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Özünüzü qoruyun.
Milli.Az
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələri bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu
Bakıda bu ərazilərdə işıq müvəqqəti olmayacaq
BURAXILIŞ və QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI
Bakıda yeniyetmə dəm qazından boğulub
SOCAR AFRİKADA NEFT-QAZ YATAĞINDAN PAY ALDI - Saziş imzalandı
Avropa Liqası: "Fənərbaxça” İstanbulda “Aston Villa”nı qəbul edəcək
SABİQ NAZİRLƏ İCRA BAŞÇISININ ƏMLAKLARI HƏRRACA ÇIXARILDI: bahalı mənzil və maşınlar... - SİYAHI
"Qalatasaray"ın baş məşqçisi: "1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq"
İlham Əliyev "Qarabağ"ı təbrik etdi, hakimləri isə... - "Birinci dəfə deyil ki, hakimlər ədalətsiz və qərəzli qərarları ilə..."
Azərbaycan nefti ucuzlaşdı - Bir dollardan çox
Bakıda daha iki nəfər dəm qazından zəhərlənib
Saatlıda iki nəfər narkotiklə tutulub
QƏRB DÜNYASI PARÇALANIR: Tramp geri addım atdı, Avropa isə "Daha gecdir, xoşbəxt vəssal olmaq istəmirik" mesajını verir
"Təhsil haqqında" qanuna dəyişiklik olunacaq
QOCALMANIN QARŞISINI ALAN PEYVƏND İCAD EDİLDİ - 3800 nəfərin üzərində uğurla sınaqdan çıxarılıb
"Liverpula böyük inamla yollanacağıq" - Qurban Qurbanov