Türkiyədə "ödənişli hərbi xidmət"in qiyməti qalxıb

img

20-07-2023 [16:37]


Türkiyədə "ödənişli hərbi xidmət"in qiyməti qalxıb

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, "bədəlli hərbi xidmət"in qiyməti hökumətn son maaş artımına uyğn olaraq artırılıb.

Nazirliyin məlumatına görə, "pullu əsgərlik" etmək istəyənlər bundan sonra büdcəyə 122.351.04 (7750 manat) lirə köçürəcəklər: "Məlum olduğu kimi, ödənişli hərbi xidmətin məbləği əvvəlki tənzimləmə ilə dövlət qulluqçusunun əmək haqqı əmsalındakı artım nisbətinə uyğun olaraq müəyyən edilib. Bununla da ödənişli hərbi xidmətin qiyməti 122.351.04 TL olub. 17 iyul 2023-cü il tarixindən etibarən ödənişli hərbi xidmətə sənəd qəbulu başlayıb”.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq