"Qalatasaray" klubu: "Ərəblər transfer bazarında qiymətləri artırıb"

img

20-07-2023 [13:08]


"Qalatasaray" klubunun məsul şəxsi Erden Timur sponsorluq müqaviləsi üçün keçirilən mərasimdə Mario İkardinin transferi ilə bağlı danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Erden Timurun sözlərnə görə, İkardinin Türkiyəyə gəlməsinə çox az vaxt qalıb: "İkardinin həyat yoldaşının səhhətində problem var. Az qaldı, bir neçə analizi var, onun cavabı açıqlanan kimi Türkiyəyə gələcəklər".

"Qalatasaray"ın məsul şəxsi deyib ki, ərəblərin pul kisəsinin ağzını açması transfer bazarında qiymətləri artırıb: "Biz komandaya tələb olan mövqelərə oyunçular alacağıq. Səudiyyə Ərəbistanının təsiri ilə transfer rəqəmləri artıb. Səbirli olmalıyıq. Transferi fərqli sponsorlarla bitirəcəyik. Daha 3-4 futbolçu var ki, danışıqlarımız gedir".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR