"Fənərbağça" əzəli rəqibinin formasını geyinən oyunçu ilə anlaşıb

img

19-07-2023 [11:56]


Transfer fəaliyyətini sürətlə davam etdirən "Fənərbağça" əzəli rəqibinin formasını geyinən oyunçu ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "Qalatasaray"dan "Marsel"ə transfer olunan türkiyəli futbolçu Bartuğ Elmazla danışıqları yekunlaşdırıb.

Məlumata görə, bu səbəbdən futbolçu "Marsel"in son məşqinə qatılmayıb: "Fənərbağça"nın Bartuğ Elmazın transferi üçün "Marsel" və gənc oyunçu ilə anlaşıb. Yaxın günlərdə tərəflər müqaviləyə imza atacaqlar".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR