QMİ-də dəyişiklik - 3 səlahiyyətli nümayəndə və 3 qazının fəaliyyətinə xitam verilib

img

18-07-2023 [16:27]


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.

Mia.az xəbıər verir ki, iclasda Şeyxülislam A. Paşazadə qeyd edib ki, builki Həcc mövsümündə QMİ Azərbaycan hacıları adından müqəddəs torpaqlarda Ulu Öndərimiz və Vətən şəhidlərimiz üçün ehsanlar verilib, dualar oxunub.

Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.

İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib.

Qazılar Şurasına 7 nəfər yeni qazı və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin təyin olunub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR