Partiya sədri: "Türkiyədə yaşayan suriyalılar daha çox doğur"

img

17-07-2023 [17:07]


"Türkiyədə yaşayan suriyalılar daha çox doğur".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sölzəri Zəfər Partriyasının sədri Ümit Özdağ deyib.

O, dünyanın 164 ölkəsindən Türkiyədə qanunsuz miqrant olduğunu iddia edib: "Baxın, bu saat Türkiyədə 5 milyon qeydiyyatlı, 2 milyon qeydiyyatsız, yəni ümumilikdə 7 milyon suriyalı qaçqın var. 2 milyon qeydiyyatsız əfqan. Bu elədi 9 milyon. Afrikanın müxtəlif ölkələrindən gələn insanlar da var. , onlarla birlikdə 11 milyon nəfər. Buraya Pakistan, İraq, İran, Liviya, Misir, Ukrayna və Rusiyadan gələnləri də daxil eləsək, rahatlıqla deyə bilərik ki, ünyanın 164 ölkəsindən burada sənədi, sənədsiz 13 milyondan çox qaçqın yaşayır. 

Hə, bu yerdə bir məqama xüsusi diqqət yetirmək gərəkdir. Buradakı suriyalılar orta hesabla 5,3 uşaq dünyaya gətirirlər. Bu ortalama Suriyadan qat-qat artıqdır. Bilirsiniz niyə? Çünki Türkiyədə üçüncü uşaqdan sonra maddi yardım almağa başlayırlar. Ona görə, suriyalı qadınlar burada daha çox və sürətlə doğurlar".

Züıfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq