“Fənərbaxça” afrikalı futbolçu üçün kisənin ağzını açdı - İlə 6.5 milyon avro maaş və....

img

17-07-2023 [16:04]


“Fənərbaxça” “Kristal Pelas”la yollarını ayıran Vilfrid Zaha üçün bütün imkanları səfərbər edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı futbolçuya illik 6,5 milyon avro maaşla 3 illik müqavilə təklif edib. 

Bundan əlavə, ona 5 milyon avro da bonus söz verib.

Məlumata görə, klub prezident Ali Koç necə olursa olsun 30 yaşlı futbolçunu komandaya gətirəcəyini deyib.

İddiaya görə, bu spn təklif futbolçunun əvəvlki imtina fikrini dəyişdirəcək.

Xatırladaq ki, Fil Dişi Sahilinin futbolçusu hücum xəttinin istənilən hissəsində oynaya bilər.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR