“Araz-Naxçıvan” Azər Bağırovla müqavilənin müddətini uzadıb

img

17-07-2023 [14:42]


Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovun müqaviləsinin müddətini uzadıb.

Klubdan Mia.az-a verilən məlumata görə, mütəxəssis daha bir il Naxçıvan təmsilçisinə rəhbərlik edəcək.

"Araz-Naxçıvan"da məşqçilər korpusu da dəqiqləşib. Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Onlarla bir illik müqavilə bağlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR