İmamoğlunun SMS-i Ərdoğanın tərəfdarlarını qəzəbləndirib

img

17-07-2023 [08:56]


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun 15 iyul dövlət çevrilişi cəhdiylə bağlı şəhər əhalisinə göndərdiyi SMS Ərdoğanın lideri olduğu AKP-çilər tərəfindən xoş qarşılanmayb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 5 iyul SMS mesajında “15 iyul FETÖ və çevriliş cəhdi” sözlərinin yer almaması hakim partiya rəsmilərini qəzəbləndirib. Onlar İmamoğlunun bu ifadəni niyə işlətməməsinə müxtəlif "donlar geyindirib", ondan izah tələb ediblər.

Əkrəm İmamoğlu isə bu tələblərə hələki "qulaqlarını qapadıb".

Xatırladaq ki, Fətullahçı Terror Təşkilatının 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhdindən 7 il ötüb.

Bu günlə bağlı İstanbul Böyükşəhər Bələdiyyə sədri  Əkrəm İmamoğlunun imzası ilə göndərilən SMS-də "Egemenlik qeyd-şərtsiz millətindir. Şəhidlərimizi və qazilərimizi minnət və şükranla anırıq" deyib.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq