Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-07-2023 [00:05]
Qoç - son vaxtlar dil tapa bilmədiyiniz insanla danışaraq münasibətləri nəzərdən keçirmək zamanıdır. Söhbət zamanı bəlli ola bilər ki, təmaslarınıza sərinlik gətirən məqam çox xırda məsələdir. İşgüzar danışıqlar üçün pis zaman deyil. Yeni tərəfdaşlarla görüş məhsuldar olacaq.
Emosiyalara uymayın, hisslərin əsiri olmayın. Ciddi münasibətlərə başlamaq məsləhət deyil. Sevdiyiniz insanın xətrinə dəyməyin.
Buğa - maliyyə durumu birmənalı deyil. Ciddi itkilər təhlükəsi var. Gündəlik işlərə və cari məsələlərə başdansovdu münasibət ağır səhvlərə səbəb ola bilər.
İşdə belə situasiya yaranarsa, rəhbərlik narazı qalacaq.
Günün ikinci yarısında qeyri-standart problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Gəlir və ya mükafat yüksək ola bilər.
Ailədə fikir ayrılıqları istisna deyil. Ən adi, səthi mübahisə ciddi münaqişəyə çevrilə bilər. Sevdiyiniz insanla təmaslarda diqqətli, qayğıkeş olun. Tənqid və iradların sayını artırmayın.
Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Travma riski var.
Əkizlər - işləri yerinə yetirmək üçün əlverişli, uğurlu gündür. Çətin, xüsusi diqqət, bilik və bacarıq tələb edən işlərin yerinə yetirilməsinə diqqətli olun. Yeni və məhsuldar əməkdaşlığın əsası qoyula bilər. Maraqlı, cazibədar işgüzar təkliflər ala bilərsiniz.
İş yerini dəyişmək qərarına gəlibsinizsə, bu qərarınıza heyfislənməyəcəksiniz.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxşı dəyişikliklər ola bilər. Təşəbbüskarlıq edin, hisslərinizin etirafından qorxmayın.
Axşam saatlarında səhhətinizdə yüngül problemlər istisna deyil. Vaxtınızı sakit istirahətə həsr edin.
Xərçəng - məşğul olacağınız işlər ilk baxışdan çox sadə və rutin təsir bağışlasa da, onların icra edilməsinə ciddi yanaşın. Diqqətsizlik problemlər yarada bilər. Bədxahlarla rəqiblər bu gün xüsusilə aktivdirlər. Maliyyə itkiləri istisna deyil.
Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olun. Onlar sizi sevir, dəyər verirlər. Sevdiyiniz insanla birgə planları müzakirə edin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.
Şir - bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində uğurlar qazanmaq, yeni nailiyyətləri gerçəkləşdirmək şansları var. Müstəqil çalışmağınız və ya kollektivdə işləməyinizdən asılı olmayaraq ciddi qərarları təkbaşına qəbul etməlisiniz.
Qərarlarınız tələsik, yanlış olmasın. Nüfuzlu insanla görüş üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Şəxsi münasibətlərdə harmoniya yoxdur. Emosional, qıcıqlı, aqressiv olmayın. Yaxın ətrafınızdakı insanlardan kütləvi şəkildə şübhələnməyin. Sizi sevən, rəğbət bəsləyən insanla təmaslarda da sirr gizlədərək qapalı qalmayın.
Axşam saatlarında yaşam potensialının səviyyəsi aşağı düşəcək. Səhhətdə problemlər riski artır.
Qız - cari işlərə maksimum diqqət ayıraraq illüzor istəklərə və təxəyyül məhsullarına uymayın. Yaxın ətrafınızdakı insanlar fikrinizi söhbətləri ilə yayıdıracaqlar. Onlar sizdən yardım istəyir, problemlərinin həllini tələb edirlər. Soyuqqanlı olun, emosional davranaraq səhvlərə yol verməyin.
Dəyər verdiyiniz insanlar sizi anlamağa, dəstək verməyə çalışırlar. Onların münasibətlərini və qayğılarını qiymətləndirin. Münaqişə yarada biləcək irad və tənqidlərə yol verməyin.
Axşam saatlarında zökəmə yoluxma riski artır.
Tərəzi - cari işləri unutmayın, onları vaxtında yerinə yetirin. Yaradıcılıq potensialınızın səviyyəsi yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa can atmayın, həlli tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox çətin təsir bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də bəhrələnməyi bacarın.
Günün ikinci yarısında təmkinli, səbrli olun. Ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qorumağa çalışın. Axşam saatlarında gəzintidə, səyahətdə fayda var.
Ağır fiziki iş görməyin.
Əqrəb - istənilən formada sərt tənqiddən uzaq olun. Düşünülməmiş deyilən sözlər, hətta konstruktiv iradlar belə, bu gün xeyli problemlər yarada bilər. Nüfuzlu insanlarla təmaslar məsləhət deyil. Vaxtınızı müstəqil fəaliyyətə həsr edin. Yaxın perspektivlə bağlı strategiya və uzunmüddətli planlar hazırlayın.
Kiçik gəlirlər istisna deyil.
Axşam saatlarına yaxın yaşlı qohumlar, köhnə dostlar və ya uşaqlıq rəfiqlərinin vizitləri istisna deyil. Qonaqlar sizə xoş emosiyalar bəxş edəcəklər.
Rasionunuza fikir verin. Qida zəhərlənməsi riski var.
Oxatan - rəqiblər və bədxahlar üzərində qələbə çala bilərsiniz. Mübarizəni müşahidə edən şəxslər sizi dəstəkləyəcəklər. İşdə yeni münasibətlər qura bilərsiniz. Bu təmaslar faydalı olacaq.
Şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyişlər ola bilər. Durumun az qala ideal olduğunu düşünsəniz də, sizi sevindirəcək məqamlar olacaq.
Axşam saatlarına yaxın yeni tanışlıqlar şansı artacaq.
Əhvalınız pis deyil.
Gəzintiyə çıxmağı unutmayın.
Oğlaq - böyük uğurlar və əhəmiyyətli yeniliklər vəd edən gün deyil. Kiçik irəliləyişlərlə kifayətlənmək olar. Situasiyada inqilab etməyə, bütün problemləri bu gün həll etməyə çalışmayın. Səbrli, səliqəli davranın. Həssas, emosional insanlarla birgə fəaliyyətdə olacaqsınız.
Yeni tanışlıqlara can atmayın. Parlaq, fərqli, təkrarolunmaz təsir bağışlayan insanlar əslində çox pis xasiyyətə və dözülməz vərdişlərə malikdir. Alətlərlə ehtiyatlı olun. Yara almaq riski var.
Dolça - günün ilk yarısı pis deyil. Cari işlərin yerinə yetirilməsi sizi usandırmayacaq. Əhəmiyyətsiz problemlərə fikir verməyin. Saatlar keçdikcə ciddi problemlər yaranacaq. Bu çətinlik təcili həll tələb edir. Çözümü tapa bilməsəniz, yardım üçün müraciət edəcəyiniz insan əvəzində pul və ya xidmət tələb edə bilər.
Maliyyə problemləri istisna deyil. Alış-verişi təxirə salın.
Sevdiyiniz insanla ünsiyyət sizi sevindirəcək. Onunla birlikdə keçirəcəyiniz saatlar sizə xoş emosiyalar bəxş edəcək. Maraqlı tanışlıqlar şansı var. Səhhətinizdə problemlər riski var.
Balıqlar - sənədlərlə iş, maliyyə məsələlərinin həlli üçün əlverişli zamandır. Hesabatlar və biznes-planları tərtib edərkən diqqətli davranın. Alış-veriş uğurlu, sərmayələr gəlirli ola bilər. İşgüzar duyum sizi aldatmayacaq. Yaradıcı yanaşma və təxəyyül tələb edən məsələlərdə ləngimələr yarana bilər.
Günün ikinci yarısında aktivlik azalacaq.
Kiçik anlaşılmazlıq, mənasız mübahisə sevdiyiniz insanla münasibətlərdə sərinləmələr yarada bilər. Situasiyanı gərginləşdirməyin. Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Miqren riski var.
Milli.Az
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı