"Qalatasaray"ın keçmiş hücumçusu ərəblərlə müqavilə bağladı

img

14-07-2023 [11:48]


Türkiyənin "Fatih Karagümrük" komandası ilə yollarını ayıran məşhur hücumçu Mbaye Diaqnenin yeni ünvanı bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təcrübəli hücumçu Səudiyyə Ərəbistanının 2-ci Liqa komandası "Əl-Qədsiah"la anlaşıb.

Bu barədə klub rəsmi səhifəsində məlumat yayıb.

Məlumatda anlaşmanın müddəti və şərtləri qeyd olunmayıb.

Xatırladaq ki, Türkiyədə "Kasımpaşa" və "Qalatasaray"da vaxtı ilə çıxış edən 31 yaşlı hücumçu ötən mövsüm "Fatih Karagümrük"ün heyətində 35 oyun keçirib. Diaqne bu matçlarda 25 qol vurub.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR