Türk komandası 38 milyon avroluq hücumçu ilə danışıqlara başlayıb

img

14-07-2023 [11:15]


Tarixində ilk dəfə avrokuboklara qatılacaq “Adana Dəmirspor” Luis Nani transferindən sonra daha bir "bomba partlatmağa" hazırlaşır. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi  baş məşqçi Kluivertin tələbi ilə İngiltərənin “Vulverhempton” komandasında çıxış edən meksikalı qolçu ilə danışıqlara başalayıb.

Məlumata görə, meksikalı hücumçu 2019-cu ildə "Benfika"dan "Vulverhempton"a 38 milyon avroya keçib.

Luis Nani ilə 1+1 illik müqavilə imzalayan "Adana Dəmirspor" "32 yaşlı hücumçusu Raul Ximenezlə ilk təmasda müsbət cavab alıb: "Hazırda onun klubu ilə danışıqlar davam edir...".

Xatırladaq ki, Raul Ximenez ötən mövsüm 20 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR