Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-07-2023 [00:02]
Qoç - aktiv fəaliyyətə başlamazdan əvvəl ətrafınıza nəzər salın. Addım və qərarlarınızın yaxınlarınıza, tanışlarınıza zərər vermədiyinə əmin olun. Yanlışlıqların fəsadları ağır ola bilər. Sözlərinizdə diqqətli olun. Önəm verdiyiniz insanın xətrinə dəyməyin, onun qəlbini qırmayın.
Günün ikinci yarısı yaradıcılıq fəaliyyəti üçün pis deyil. Yeni biznes layihəyə başlamaq olar. Önəmli sərmayə tələb edən layihəni etibar etdiyiniz insanla müzakirə edin.
Buğa - işlərin axarı pis deyil. Qətiyyətli və iradəli davransanız, gerçəkdən də, ciddi irəliləyişə nail ola bilərsiniz. Köhnə dostlar yanınızda olacaqlar. Onlar məsləhətlərini, zərurət yarandığı təqdirdə isə yardımlarını əsirgəməyəcəklər. İşgüzar danışıqlarda irəliləyişlər olacaq.
Şəxsi münasibətlərdə harmoniyaya nail olmaq üçün səy göstərməli olacaqsınız. Ağır saatlar yaşanacaq. Ailə üzvləri ilə təmaslarda xüsusilə diqqətli olun. Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər - uğurlu, qarşınızda yeni üfüqlər yaradan gündür. Məqsədəuyğun şəkildə çalışın, tənbəlliyə qapılmayın. Yeni işlərə başlamaq olar. Mühüm və həlli çətin məqamları müəyyənləşdirin, təşkilati məsələləri həll edin. Liderlik məziyyətlərinizi nümayiş etməkdən çəkinməyin.
İşdə həmfikirlərlə birlikdə maneəni dəf etmək olar. Kollektiv fəaliyyətdə xeyir var.
Çətinlik çəkmədən yaxınlarınızla dil tapın. Ciddi mübahisə və ya fikir ayrılıqlarının səbəbkarı olmayın. Axşam saatlarında xoş sürprizlər, romantik görüş istisna deyil.
Xərçəng - kiçik məsələlərə və xırda problemlərə görə əhvalınızı pozmayın. Diqqətli və qətiyyətli olsanız, həmin çətinliklərin öhdəsindən gələcəksiniz. Səfər, köç, iş yerini dəyişmək üçün münasib zamandır. Yeni sahədə və ya müstəvidə özünüzü sınaya bilərsiniz. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Aktiv, enerjili olun. Problemlərin sayı sizi bihal etməsin, yorğunlaşdırmasın. Yaşam tərzinizi normallaşdırın. Yeni rejimə uyğunlaşmaq çətin deyil.
Şir - günün ilk yarısı çətinliklərdən xali deyil. Əsəbi, emosional, qıcıqlı olmayın. Hisslərinizin əsirinə çevrilməyin. Dəyər verdiyiniz insanlardan biri ilə kəskin mübahisə edərək əlaqələri gərməyin. Günün ikinci yarısı danışıqlar və müzakirələr üçün əlverişli deyil. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Problemlər həllini tapacaq, situasiya stabilləşəcək. Axşam saatları uğurludur. Sevdiyiniz insanla birlikdə olun.
Qız - uğursuzluqlar, ciddi problemlər ola bilər. Şəxsi münasibətlərdə sərvaxt davranın. Yaxın ətrafınızdakı insanların məsləhətlərini birmənalı olaraq qulaqardına vurmayın. Həmin məsləhətlər arasında faydalı olanlar da var. Maliyyə çətinlikləri istisna deyil. Anlaşma, sövdələşmə və müqavilələr üçün əlverişli zaman deyil.
Yaxınlarınızla dil tapmağa çalışın. Onlar planlarınızı bəyənmir, mövcud situasiya ilə bağlı mövqelərinizi yanlış sayırlar. Münaqişələrə imkan verməyin, ixtilafları aradan qaldırın.
Tərəzi - işgüzar fəaliyyət üçün əlverişli gündür. Həmkarlarla dil tapın, peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyişlərə nail olmağa çalışın. Başqalarının yalnız arzu etdiyi nailiyyətlərə qovuşun. Bütün bunlar təbii ki, tərəfdaşlar, sifarişçilər və ya işdəki rəhbərliyin diqqətini cəlb edəcək.
Vəzifəniz, maaşınız arta bilər. Şəxsi münasibətlər müstəvisində də durum pis deyil. Olaylar sizi sevindirəcək. İndiyədək gərgin münasibətlərdə olduğunuz insanlarla dil tapmağa can atın. Həssas insanlara yardım edin. Ümidini itirənləri ruhlandırın.
Əqrəb - işdəki situasiya ideal olmasa da, təlaşa qapılmayın, təşvişə düşməyin. Yaranan çətinliklərin öhdəsindən gəlməyə çalışın. Həmkarlarla mübahisələr sizi sinirləndirməsin. Haqlı olduğunuzu sübut edin. Fikir və mövqelərinə sayğı bəslədiyiniz insanlarla sərt danışmayın.Mühüm qələbələrə nail olmaq çətindir. Ailədə kiçik anlaşılmazlıqlar yarana bilər. Yaxınlarınızın bəziləri qərar və addımlarınızı tənqid edirlər. Amma aqressiv olmayın. Yaxınlarınızla səmimi, qayğıkeş davranın.
Oxatan - çətin, qarışıq gündür. Ağır problemlərin həllində qıvraq davranın. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Ötənlərdə əldə etdiyiniz bilik və bacarıqlar karınıza gələcək. Maliyyə məsələlərində müsbət dəyişikliklər olacaq. Ailə üzvləri və qohumlar sizi dəstəkləyir, yardım etməyə çalışmayacaqlar. Ruhdan düşməyin, müstəqil işləyin. Kimsəyə bel bağlamayın. Axşam saatlarına yaxın yeni müttəfiq tapa bilərsiniz.
Oğlaq - böyük və asan əldə ediləcək uğurlar olmayacaq. Zəhmət çəkməli, çalışmalısınız. Sakit oturmayın. Boşuna keçirilən saatlar xoş emosiyalar bəxş etməyəcək. Əksinə, böyük və kiçik uğursuzluqların təməli qoyulacaq. Astagəl olsanız, maliyyə problemləri və işgüzar tərəfdaşlarla ixtilaflar qaçılmazdır.
Günün ikinci yarısında uğurlarınıza sevinə bilərsiniz. Yaşam potensialının səviyyəsi aşağıdır. Səhhətinizdə problemlər, xroniki ağrıların kəskinləşməsi riskləri var. Tənəffüs sistemini qoruyun.
Dolça - rəvan və məhsuldar iş üçün əlverişli gündür. Səliqə-səhman, nizam, detallara diqqət tələb edən işlərdə səhvlərə yol verməyin. Yaradıcılıq fəaliyyətini ertələyin. Yeni ideyalar yoxdur, köhnə ideyalardan da yararlana bilmirsiniz. İşgüzar təkliflər ala bilərsiniz. İlk baxışdan onlar maraqlı və sərfəli təsir bağışlasalar da, əslində belə deyil. Razılaşmağa tələsməyin. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Maraqlandığınız insana doğru ilk addım atın. Cazibədar insanla tanış ola bilərsiniz. Axşam saatlarına yaxın xroniki ağrılar kəskinləşə bilər. Gözlərinizdə ağrılar istisna deyil.
Balıqlar - bütün işləri sürətlə görməyə və vaxtından əvvəl başa vurmağa çalışmayın. Hazırda ən mühüm olan məsələyə daha çox diqqət ayırın. Süst, astagəl, ahəstə davranış sənədləşdirmə və ya maliyyə işlərində ciddi problemlər yarada bilər. Dəqiqlik tələb edən hesablamalarda fikriniz yayınmasın. Məişət kimyası, lak və ya boya ilə təmasda olsanız, sərvaxt davranın.
Yaxınlarınızla münasibətləri sərinləşdirməyin. Son vaxtlar ünsiyyətində gərginliklər yaşayan adamla dil tapmağa çalışın. Ağır fiziki işlər görməyin. Axşam saatlarında gəzintiyə çıxın.
Milli.Az
Sabahın hava proqnozu açıqlanıb
"SƏDƏRƏK" BELƏ YANIR - VİDEOLAR, FOTOLAR (Yenilənir)
"Ərazi bütövlüyü və suverenlik məsələlərində..." - İlham Əliyev Zelenskiyə məktub göndərdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramil Səfərovun həyat yoldaşı müşavir vəzifəsindən ayrıldı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri istefa verib
"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
Röya Ayxanın şikayət etdi, "lent.az”ın instagram səhifəsi bloklandı - Mətbuat Şurası hansı addımı atmağa hazırlaşır?
Politoloq niyə “xarici agent”lər siyahısına salındı? - İddia
Azərbaycanlı tələbə Türkiyədə saxlanılıb - Deport olunacaq
İradə Muradova Yasamalda öldürülüb (Yenilənib)
Günel Gözəlova yeni vəzifəyə təyin olundu
Məşhur kriminal Azərbaycandan ölkəsinə göndərildi
Füzulidə yanğın törədən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
“qemgin_20” adlı səhifənin sahibi saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"
Tramp: "Bu məsələ bir az neft və sirkəyə bənzəyir"
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı
"Lids Yunayted" Noa Okaforla müqavilə imzaladı
"Gençlerbirliği" malili hücumçunu icarəyə götürüb
Abşeronda boya zavodunda yanğın... - Açıqlamalar (Yenilənib)