Türkiyə məhkəməsi deputat seçilmiş Can Atalayı azadlığa buraxmadı

img

13-07-2023 [22:37]


Ali Apellyasiya Məhkəməsinin 3-cü Cəza Dairəsi "Gəzi Parkı İşi" ilə bağlı 18 il həbs cəzası alan və 14 may seçkilərində Türkiyə İşçi Partiyasından Hatay millət vəkili seçilən Can Atalayın azadlığa buraxılması tələbi ilə bağlı bu gün iclas keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəməonun "Taksim Dayanışaması" etirazının banisi sayılan Osman Kavala ilə əlaqələri və digər nüansları nəzərə alaraq, şikayəti rədd edib.

Beləliklə, 14 mayda deputat seçilən və bununla da toxunulmazlıq hüququ qazanmış Can Atalayın həbsdəq almasına qərar verilib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA