Kəlbəcərdə təsərrüfatla məşğul olan şəxs minaya düşdü

img

13-07-2023 [20:40]


Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb.

DİN-in mətbuat xidmətindən Mia.az-a bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR