Prezidentlər NATO sammitində Arda Gülərin "Real Madrid"ə transferindən danışıb: "O, çox böyük futbolçudur"

img

13-07-2023 [09:18]


Litvada keçirilən NATO sammitində 18 yaşlı milli futbolçu Arda Gülərin İspaniyanın “Real Madrid” komandasına transferi müzakirə olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə NATO zirvəsi zamanı prezident Ərdoğanla görüşünün təfərrüatlarını paylaşan İspaniyanın baş naziri Pedro Sançes açıqlama verib.

O, Ərdoğana görüşdə Arda Gülərin transferinin də müzakirə edildiyini bildirib.

Basketbolla daha çox maraqlandığını deyən baş nazir Sançes "Real Madrid"in türk futbolçunun transferindən xəbəri olmadığını deyib: "Görünür, "Real Madrid" 18 yaşlı türk futbolçu transfer edib. O, çox böyük futbolçudur. "Real Madrid"də şamsının bol olmasını arzulyıram"

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR