"Fənərbağça"  Moskvanın "Dinamo" komandasının oyunçusunu transfer elədi - 9 milyon 750 min avroya

img

13-07-2023 [09:01]


"Fənərbağça" "Dinamo Moskva"nın oyunçusu olan Sebastyan Şimanski ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  24 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayan İstanbul klubu onun transferi üçün Moskva klubuna 9 milyon 750 min avro transfer haqqı ödəyəcək.

Sebastian Szymanski "Fənərbaxça Şükrü Saracoğlu" İdman Kompleksində təşkil edilən imzalanma mərasimində çıxış edərək deyib ki, Türkiyəyə gəldiyi üçün xoşbəxtdir: "Burada "Fənərbaxça"da olmaqdan çox xoşbəxtəm. Türkiyənin ən böyük klubuna gəldim, onun bir parçası oldum və bununla fəxr edirəm. Ən qısa zamanda "Fənərbaxça" azarkeşləri ilə stadionumuzda qarşılamaq  və onlara "Gəliin, birlikdə əla  mövsüm keçirək" demək istəyirəm".

Xatırladaq ki, ötən mövsüm icarə əsasında "Feyenoord"da 40 oyun keçirən polşalı oyunçu burada 10 qol atıb, 7 məhsuladr ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR