Karlo Ançelotti: "Arda Gülər belə davam eləsə, komandanın əvəzsiz oyunçusu olacaq"

img

12-07-2023 [10:40]


"Fənərbağça"dan "Real"a keçən Arda Gülər ​​ilk məşqində baş məşqçi Karlo Ançelottini heyran edib. 

Mia.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.

Xəbərdə deyilir ki, italiyalı məşqçi təlimdə Ardaya xüsusi diqqət ayırıb: "18 yaşlı futbolçu təlimdəki oyunu iləı Ançelottini heyran etməyi bacarıb. Təlimdən sonra məşqçi texniki heyətə "Arda Gülər belə davam eləsə, komandanın əvəzsiz oyunçusu olacaq. Onun burada parlaq gələcəyi var. İstəklli və istedadlıdır" deyib. Bu da onu göstərir ki, "Real Madrid"in 6 illik müqavilə bağladığı Ardanı icarəyə verməyəcək"

Məlumatda görə, Ançelotti Arda ilə yanaşı, icarədən yeni dönən Brahim Diazın oyunundan da razı qalıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR