"Mənə bir sənəd verin ki, heç olmasa, protez qoydurub yeriyim..." - Jurnalist Səbuhi Məmmədlidən qəzəbli açıqlamalar
11-07-2023 [16:33]
Jurnalistikada ustad olmaq elə bir anlayışdır ki, kiməsə bir cümlə öyrətmək üçün auditoriyada nitq söyləməyə, onunla eyni redaksiyada çalışmağına ehtiyac yoxdur.
Hər kəlmən, yazın, mətninlə də tanımadığın neçə-neçə həmkarına nələrisə öyrədə bilərsən.
Səbuhi Məmmədli də mediamızdakı o şəxslərdəndir ki, özü də bilmədən neçələrinə mətn yazmağı öyrədib. Hələ redaksiyada hazırladığı tələbələri demirik...
Onun reportajları çoxuna bu janrın dərinliklərini çatdırıb. Oxucunu xəyalən hadisə yerinə aparıb, özünün danışdığı, ünsiyyətdə olduğu adamlarla görüşdürüb. Çox təəssüf ki, şəhər-şəhər, kənd-kənd, ev-ev dolaşıb ən maraqlı mözvuları işıqlandıran, Allahın belə unutduğu yerlərdən reportajlar yazıb, bizə çatdıran Səbuhi müəllim həyatın ağrılı oyunu ilə üz-üzədir.
Səhhətindəki problemlərlə mübarizə aparan ustad jurnalistin bir ayağı amputasiya edilib. Bundan başqa, böyrəyində də ciddi problemlər aşkarlanıb.
Mia.az xəbər verir ki, “Sherg.az” Səbuhi Məmmədlinin özü ilə əlaqə saxlayıb və hazırkı vəziyyəti ilə maraqlanıb:
“Bilirsiz ki, ayağım amputasiya olunduqdan sonra böyrəklərimdə də problem yarandı. Mən dializ xəstəsi oldum. Təssəvvür edin ki, bir ayağın yoxdur, əlil arabasındasan üstəgəl həftədə 3 dəfə dializə gedirsən. Ömür boyu səfərlərdə olan, reportajlar yazan Səbuhi Məmmədli əlil arabasına düçar olub. Belə qalmışıq ki, axırımız necə olacaq? Ötən ilin noyabr ayında əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır. Həmin vaxtda bir qadın hamilə qalsa, indi doğuşa hazırlaşardı. Azərbaycanda isə 9 aya yaxındır ki, ayağımın olmadığını sübut etməyə çalışıram. Ayağımı dizdən yuxarı kəsiblər.
Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika var. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Mənə olmazın arayışlar gətizdirirlər. Möhürlü, imzalı arayış verdim ki, dializ xəstəsiyəm. Həmçinin cərrah da təsdiqləyib ki, ayağım dizdən yuxarı kəsilib. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin ki, heç olmasa, protez qoydurub yeriyim. O qədər yalan danışırlar ki... Dostumuz Rey Kərimoğlu zəng edib ki, sən hələ təqaüd almırsan?
Deyirəm ki, yox, təqaüd cəhənnəm, protez ala bilmirəm. Sonuncu dəfə poliklinkaya gedəndə, söylədilər ki, nahaq gəlmisiz, əziyyət çəkmisiz, bizim fəxrimizsiz, adınız sistemdədir. Mən də yoxlatdım, gördüm ki, adım sistemə daxil edilməyib. Təzyiqim bir tərəfdən qalxıb, bilmirəm nə edim. Bunlar niyə belə edirlər. Nəsə ödəməyə ehtiyac varmı? Ödəyək. Axı belə olmaz. Olmur”.
Uzun illərdir “Lent.az” saytında çalışan S. Məmmədli deyib ki, səhhətindəki problemlərə baxmayaraq, işinə davam edir:
“Mən demək olar ki, işə gedirəm. Dializ günlərini çıxmaq şərtilə. O günlərdən biri də qeyri-iş gününə təsadüf edir. Vüsalə Mahirqızı sağ olsun, şərait yaradıb. Başda Vüsalə xanım və kollektiv bilir ki, potensialımın 15 faizi ilə işləyirəm. Halbuki nələr edə bilərəm. Gözümün qarşısından mövzular keçir-gedir. Bundan başqa, maddi xərclər var, böyük pullardır ki, onları ödəmək lazımdır.
Sürücüyə ayda 700 manat pul verirəm. Hər gün məni Xırdalandan Xətaiyə, işə, dializlərə aparır. Bundan başqa, baxıcıya 500 manat verirəm. Gəlir, məni oyadır, yeməyimi verir. Hamı bilir ki, tək yaşayıram. Mənim evim yoxdur. 30 illik iş stajım var, lakin evsizəm. Bir otaqlı evdə kirayədə yaşayıram, 350 manat ödəyirəm, kommunal xərcləri ilə 430-450 AZN gəlib cıxır. Ümumilikdə , bu xərclər 1600 manat tutur, təsəvvür edin ki, necə dolanıram. Bir qızım var, onun qayğıları ilə məşğul olmaq, onu gəzdirmək istəyirəm. Bunları edə bilmirəm. Ağlamaq kimi çıxmasın, lakin real situasiyadan danışıram”.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı